Flag

An official website of the United States government

Azərbaycan Dövlət Aqrar Universiteti və Oklahoma Dövlət Universiteti arasında anlaşma memorandumu imzalandı.
təfərindən
2 Qısa icmal
İyul 30, 2021

 

Dünən Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universiteti və Oklahoma Dövlət Universiteti arasında yeni əməkdaşlığa yol açacaq anlaşma memorandumu imzalandı. Bu tarixi görüşdə kənd təsərrüfatı naziri İnam Kərimov, Oklahoma qubernatoru Kevin Stitt və USAID missiya direktoru Jay Singh iştirak etdilər. Qubernator Stitt və komandası Gəncədə olarkən Azərbaycanın ikinci ən böyük şəhəri haqqında məlumat əldə etmək fürsətindən faydalandı.