Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramının imzalanması

Səfir Litzenberger Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramının imzalanma tədbirində iştirak edib. İkili diplom proqramı təhsilin idarəolunması üzrə mütəxəssislərin hazırlanmasını nəzərdə tutur. Səfir Litzenberger çıxışında vurğuladı ki, yerli və ABŞ universitetlərinin birgə əməkdaşlığına dəstək Səfirliyin prioritetlərindən biridir. Səfir, həmçinin İngilis dilində ünsiyyət qurmağın üstünlüklərindən, İngilis dilinin qlobal iqtisadiyyatda önəmliyindən bəhs etdi. Səfirlik olaraq ölkədə İngilis dili tədrisini prioritet və əsas məqsədlərimizdən biri olaraq görürük. Bu iki təhsil müəssisənin birgə əməkdaşlığının nəticələrini tezliklə görmək arzusundayıq.