Azərbaycana Təyin Edilən Səfirin Üç İldən Sonrakı Təəsürratları

Strateji Baxımdan Vacib Ölkədə ABŞ-ın Fəaliyyəti:

Azərbaycana Təyin Edilən Səfirin Üç İldən Sonrakı Təəsürratları

Bakı, Azərbaycanda Amerika Ticarət Palatası

Çərşənbə, 28 Mart, 2018-ci il

Hyatt Regency, Baku Ballroom, 12:00pm

Natavan xanıma, Nurana və məni bu gün çıxış dəvət etdiyi üçün Amerika Ticarət Palatasının bütün üzvlərinə təşəkkür edirəm. Artıq üç ildən müddət olar ki, mən Azərbaycandakı ilk çıxışımı bu qrupda reallaşdırdım və ABŞ-ın Azərbaycandakı səfiri fəaliyyətimi tamamladığım üçün son nitqimi söyləmək üçün bundan daha yaxşı məkan yoxdur.

Bizlər hamımız ötən üç il müddətində tamamlanan işlər ilə qurur duya bilərik. Mən bu uğurları aşağıdakı formada sadalaya bilərəm misal kimi, Boeing satışlarından 3 milyard dollardan çox gəlir əldə edilməsi, 200 milyon dollardan çox məbləğ dəyərində Azərbaycanın ikinci rabitə peyk üçün müqavilə və ExxonMobil və Chevron şirkətlərinin daxil olduğu ACG Hasilatın Pay Bölgüsü Sazişinin müddətinin uzadılması.

Son energetika naziri Natiq Əliyev – Allah rəhmət eləsin! – daxil olmaqla burada ABŞ-ı təmsil edən üç ticarət nümayəndə heyəti, həmçinin ABŞ-a gedən azərbaycanlı işgüzar insanlar olmuşdur. Və Mən son ilimi Dəniz Texnologiyaları Konfransı çərçivəsində dünyanın ən böyük neft və qaz sənayesi ticarət yarmarkalarının keçirildiyi Bakının qardaş şəhəri olan Hyustonda keçirdim.

Burada biz Azərbaycanda qadınlar, gənclər və digər şəxslərin necə sahibkar ola biləcəyi barədə ABŞ-ın həyata keçirdiyi proqramların uğurla inkişaf etdirildiyinin şahidi olmuşuq. Azərbaycanda təşəbbüskar olmaq üçün qadınlara, gənclərə və başqalarına təlim keçməyə kömək etmək üçün ABŞ-ın proqramlarının uğurla canlanması olmuşdur. Biz öz yaradıcılıq və innovasiyalarına görə İvanka Tramp tərəfindən tanınan Azərbaycanlı qadın Reyhan Camalovanın beynəlxalq səhnədəki nüfuzunu gördük.

Burada Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasına, Azərbaycan hökuməti ilə biznes və istehlakçı arasında dialoqun təşviq edilməsinə, ikitərəfli əlaqələrimizin genişlənməsinə yardımçı olmaq və Azərbaycana daha perspektivli və stabil ölkə olmasına kömək etmək üçün Ağ Kağızlar da daxil olmaqla bu Palataya verilən bir çox vacib töhfələr vardır.

Lakin bildiyim odur ki, hər bir uğur özü ilə yeni problemlər gətirir. Kosovodakı vəziyyət ilə bağlı Serbiya ilə münaqişə başladığı zaman mən 1999-cu ildə Vaşinqtonda idim. Mən döyüşün dayandığı günü xatırlayıram və Avropanın Dövlət Katibinin Müavini bizi bu hadisəni bir şüşə şampan ilə qeyd etmək üçün ofisinə dəvət etdi.  Təbrik sözlərindən və bir neçə dəqiqəlik dostluq sözləri və tostlardan sonra biz davamlı sülh prosesini qurmaq, donorların konfransı üçün planları hazırlamaq, münaqişə və qeyri-stabilliyin sonsuz dövrəsində bir çox fikirlərin qapalı qaldığı 90-cı illərdə regionda stabillik formasının qurulmasını diqqət mərkəzinə almaq üçün ofisimizə geri qayıtdıq.

Mən Azərbaycanı tərk etdiyimdə və ABŞ-Azərbaycan əlaqələrində nəzərəçarpan irəliləyişləri qeyd etdiyim zaman hesab edirəm ki, yeni problemlər yarana biləcəyinə baxmayaraq, davam etdirilməsinə ehtiyac duyulan məsələlərlə bağlı bəzi məqamları bəyan etmək vacibdir.

Gəlin söhbətimizə coğrafiya ilə başlayaq. Prezident Corc Buşun əsas heyətində yer alan Qubernator John Sununu Azərbaycan haqqında danışır. O, əsas amilləri qeyd edir. Belə ki, amerikalılar danışıq apararkən daşınmaz əmlakda hədsiz vacib olan məqamları göstərir: məkan, məkan, məkan. Rusiya və İran ilə sərhəddi müəyyən edən yeganə ölkə olan Azərbaycan hər iki dövlət tərəfindən idarə edilmiş və Azərbaycan Moskva və Tehranda aparılan siyasətin təsirlərinə məruz qalmışdır. Ancaq bütün bu çətinlikləri ilə bu geosiyasi reallıq hələ də Azərbaycana müəyyən imkanlar verən, həmçinin beynəlxalq əhəmiyyət daşıyan bir məqamdır.

Bu coğrafi mövqe səbəbindən, Azərbaycan Əfqanıstana giriş və çıxışı təmin edən vacib hava və quru nəqliyyat kanalı sayılan Şimal Bölüşdürücü Şəbəkənin kritik komponentidir. Beləcə, Azərbaycanın özündə neft və qaz yataqlarının əhəmiyyətli olmasına baxmayaraq, ölkənin coğrafiyası aşağıdakı kimi ifadə edilir – Gürcüstan və Türkiyə boyunca ölkə – həmin zəngin yataqların Avropaya və digər ölkələrə daşınmasında, regional və qlobal enerji təhlükəsizliyinin inkişaf etdirilməsində, neft və qaz yataqlarının ölkədən çıxarılıb Rusiya və İran vasitəsilə alternativ marşrutlar ilə daşınmasına təminat verilməsində aparıcı rol oynayır.

Lakin, Azərbaycan bu səbəblərdən strateji baxımdan vacib fiqura çevriləcəyindən digər amillər də Azərbaycanın beynəlxalq profilini yüksəldir. Bakı-Tiflis-Qars dəmir yolunun açılışı və Bakının cənubundakı Ələtdə yeni limanın qurulması Avrasiyanın qərb, şərq və cənub hissələri arasında ticarətin təkmilləşdirilməsi və genişləndirilməsi üçün potensiala sahib Yeni İpək Yolunun əsas komponentləri və faktorlarıdır. Mart ayının əvvəlində keçirilən konfransda məruzəçilər yeni nəqliyyat vasitələrinin göndəriş vaxtlarının Çin və Qərbi Avropa arasında 35 gündən 10-15 günədək azaldığını qeyd etdilər. Yeni avadanlıqlar həm də Hindistan və digər Asiya bazarları və Qərbi Avropa arasında təkmilləşdirilmiş girişi təmin edəcəkdir.

Azərbaycan digər formalarda strateji əhəmiyyətə malikdir. Əfqanıstanda uzun müddət etibarlı beynəlxalq tərəfdaş olan Azərbaycan dünyada ekstermizm və terrorizmin bizlər üçün qlobal problem olduğu vaxtlarda xalqlararası və dinlərarası tolerantlıq nümunəsini göstərən dövlət kimi mühüm rola malikdir.

Biz həmçinin bu il Azərbaycanın zəngin tarixinin digər aspektlərini, daha dəqiq Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümü ilə və bu ilk müasir müsəlman demokratiyası və ilk qadın müsəlman ölkəsi kimi tanınan qadınların səsvermə hüquqlarını tanıması və qanunverici quruma üzv olmasını nümayiş etdirməsini qeyd edirik. Lakin, biz Dağlıq Qarabağ üzərində davamlı münaqişəni qeyd etməli və beynəlxalq razılaşdırılmış prinsiplərə əsasən sülh yolu ilə həll olunmasına kömək etməliyik.

Kitabçanın biznes tərəfində bəzi imkanlar vardır.

Azərbaycanlılar tez-tez özlərini “kiçik bir ölkə” kimi səciyyələndirirlər. Ancaq on milyon əhalisi ilə bu Norveçdən və ya təxminən Avstriya və ya İsveçdən iki dəfə böyük ölçünü təşkil edir. Burada mənim yanaşmam odur ki, biz Azərbaycanın iqtisadiyyatının ölçüsünü məhdudlaşdırıcı amil kimi görməməli və potensial istiqamətində vacib məqamları qeyd etməliyik.

Azərbaycaın neft və qaz yataqları zəngin mənbə təşkil etmiş və bu formasını hələ də saxlamaqdadır. Əlbəttə, Azərbaycanın öz iqtisadiyyatını diversifikasiya etmək üçün istəkli cəhdini davam etdirməyə ehtiyacı vardır- yenidən, Bakının qardaş şəhəri Hyustonda 2014-cü ilin iyun ayında başlayan neftin qiymətinin azalmasının nəticəsi kimi 80-ci illərdə neft qiymətlərindəki azalmalardan sonra öz iqtisadiyyatını necə diversifikasiya etdiyinə nəzər salaq. Lakin, mən inanıram ki, Permian Basin kimi yeni texnologiyanının inkişafı və tətbiqi səbəbindən son illərdə məhsuldarlıq baxımından yüksək irəliləyiş əldə edən ABŞ-da Pensilvaniya və digər uzun müddətli qurulmuş neft və qaz əyalətlərindəki yüksəlişlər elə həddə çatmışdır ki, hətta Beynəlxalq Enerji Agentliyi və digər qurumlar ABŞ-ın yenidən dünyada ən böyük neft istehsalçısı olacağını proqnozlaşdırır. Burada neft və qaz istehsalçı kimi Azərbaycan üçün gələcək potensial vardır. Bundan əlavə, mən ABŞ şirkətləri üçün mühüm potensialdan biri kimi bu əraziyə baxış keçirməyi davam etdirirəm.

Burada qeyd etməyə ehtiyac duyduğum digər problem vardır, lakin bu, hər iki hökumətin təkrar olaraq qeyd etdiyi səviyyədə ABŞ-Azərbaycan əlaqələrini uzun müddətli saxlayan məqamdır. Bu çətinlik qanun qaydanın güclənirilməsi, sonrakı korrupsiya ilə mübarizə və digər dövlət əhəmiyyətli məsələlərlə bağlıdır. ASAN və digər islahatlar kimi təşəbbüslər Azərbaycanın korrupsiya ilə mübarizədə mühüm irəliləyişə sahib olduğunu göstərir, lakin bu istiqamətdə cəhdlər daha da genişləndirilməli və davam etdirilməlidir. Beləcə, qaydaları təkmilləşdirmək və icra edilməsi istiqamətində nazirlik və digər dövlət qurumları səviyyəsində şəffaflıq və proqnozlaşdırmanın təkmilləşdirməsi ilə bağlı tədbirlər ilə ədalətli münasibəti təmin etmək üçün göstərilən cəhdlər hazırkı rəqabətcil dünyada gələcək biznes yatırımının saxlanılması və cəlb edilməsi üçün vacib hesab edilir.

Bundan əlavə, azərbaycanlıların yeni ideyalar yaratmaq və həyata keçirmək, ixtira etmək, sahibkar olmaq və onların yaradıcılığını reallaşdırmaq azadlığına malik olduqlarını düşünməsi çox vacibdir. Əqli mülkiyyət hüquqları üçün misal kimi biznes qurmaq və onu böyütmək və sonra artan işləri, ixracları və uğuru təşviq etmək üçün həmin yaradıcılıq üçün güclü hüquqi müdafiə kimi bu sahibkarların kapitala və ekosistemə sahib olmağa ehtiyacı vardır.

Bu üç il müddətində ABŞ-ın Azərbaycandakı səfiri kimi mənim bir sıra yekun fikirlər və təəssüratlarım olmuşdur. Qeyd etdiyim kimi, bu üç il ərzində bir çox mühüm uğurlar olmuşdur, lakin bu uğurlar bu ölkənin öz xalqının istədiyi sabit, müstəqil, demokratik və firavan ölkə olduğunu görmək üçün atılan bəzi addımların tərkib hissəsidir.

Bütün cəhdlərinizdə sizlərə uğurlar diləyirəm və mən bilirəm ki, Azərbaycanı tanımaq və qiymətləndirmək üçün buraya gələn mən və mənim ailəm sizin bu fəaliyyətinizdə sizlərə yardımçı olacağıq.

Təşəkkür edirik.