Azərbaycanda Əfqan Muxtarlıya oxunmuş hökmlə bağlı birgə bəyanat

ATƏT-də Kanada Nümayəndə Heyəti / ATƏT-də ABŞ-ın Missiyası

İfadə azadlığına hörmət etmə üzrə qarşılıqlı ATƏT öhdəlikləri və beynəlxalq öhdəliklər nəzərə alınmaqla, Kanada və Amerika Birləşmiş Ştatları yanvarın 12-də azərbaycanlı jurnalist Əfqan Muxtarlının altı il müddətinə azadlıqdan məhrum edilməsi hökmü ilə bağlı narahatdır.

Deyilənlərə görə Muxtarlı mayın 29-da Gürcüstanda qaçırılmış və sonradan Azərbaycanda qaçaqmalçılıq və əlaqədar ittihamlarla həbs edilmişdir; geniş dairələr bunun siyasi motivli olduğunu hesab edir.

Kanada və Birləşmiş Ştatlar Azərbaycan hökumətini cənab Muxtarlını və əsas azadlıqlarından istifadə etdiklərinə görə məhkum olunmuş digərlərini azad etməyə çağırır. Biz qaçırılma faktı ilə bağlı Gürcüstandakı istintaqı yaxından izləməyə davam edirik və gürcüstanlı həmkarlarımızdan məsələ ilə bağlı yeni məlumatlar tələb edirik.