Flag

An official website of the United States government

təfərindən
2 Qısa icmal
May 28, 2023

Azərbaycan Respublika Günü

Amerika Birləşmiş Ştatları adından Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edirəm.

Biz ortaq ikitərəfli prioritetlərimizi inkişaf etdirmək üçün Azərbaycanla davam edən əməkdaşlığımızı yüksək qiymətləndiririk. 31 ildən artıq davam edən ikitərəfli münasibətlərimiz ərzində Birləşmiş Ştatlar ümumi təhlükəsizlik maraqları, enerji əməkdaşlığı və iqtisadi artıma əsaslanan davamlı tərəfdaşlıq qurmaq üçün Azərbaycanla birgə çalışıb. Bunlar Azərbaycan konstitusiyasına uyğun demokratik inkişaf öhdəliyi, eləcə də insan hüquqları və əsas azadlıqlara hörmətlə yanaşı durmağa davam edəcək. Mən Birləşmiş Ştatların Azərbaycanın müstəqilliyinə və suverenliyinə dəstəyini bir daha təsdiqləyirəm və gələcək illərdə ABŞ-Azərbaycan münasibətlərinin dərinləşməsini səbirsizliklə gözləyirəm. Birləşmiş Ştatlar, həmçinin, Azərbaycana və regiona davamlı sülhün təmin olunmasına kömək etmək üçün əməkdaşlığın davam etdirilməsini də səbirsizliklə gözləyir. Biz Cənubi Qafqazda yaşayanların hamısı üçün daha yaxşı gələcək təmin edəcək bu məqsədi dəstəkləməyə tam sadiqik.