Bəxtiyar Hacıyevin azadlığa buraxılmasına çağırış
Ned Prays, Dövlət Departamentinin sözçüsü
Biz ötən ilin dekabr ayı Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsindən bəri həbs olunmuş azərbaycanlı fəal Bəxtiyar Hacıyevin hələ də həbsdə qalmasından və bir çoxlarının bu həbsin siyasi motivli olduğunu hesab etdiyi ittihamlarla üzləşməkdə davam etməsindən çox narahatıq. Müstəqil həkimin bildirdiyinə görə, aclıq aksiyası keçirən cənab Hacıyevin səhhəti ciddi şəkildə pisləşir və komaya düşmə riski var. Birləşmiş Ştatlar cənab Hacıyevi və fundamental azadlıqlarından istifadə etdiklərinə görə həbs olunanların tezliklə azad edilməsinə çağırır.
Birləşmiş Ştatlar insan hüquqlarına hörməti təşviq etmək, insan haqları müdafiəçilərini dəstəkləmək və insan hüquqlarının pozulmasına yol verənləri məsuliyyətə cəlb etmək öhdəliyinə qətiyyətlə sadiqdir. Biz Azərbaycanda və bütün dünyada sistemli islahatları, xüsusən də insan hüquq və əsas azadlıqlarının müdafiəsi ilə bağlı bütün addımları təşviq edirik.