Beynəlxalq Dini Etiqad Azadlığı Haqqında Hesabat – Azərbaycan 2017-ci il

Konstitusiyaya görə din dövlətdən ayrıdır və bütün dinlər bərabərdir. Konstitusiya eyni zamanda fərdlərin öz dini etiqadlarını ifadə etmək və dini ayinləri icra etmək hüququnu müdafiə edir, bir şərtlə ki, bunlar ictimai asayişi və ya ictimai mənəviyyatı pozmasın. Qanunla hökumətin dini fəaliyyətlərə müdaxilə etməsi qadağandır, həmçinin hökumət və vətəndaşlar dini ekstremizmə və radikalizmə qarşı mübarizə aparmaq öhdəliyinə sahibdirlər.  Qanuna görə dini təşkilatlar irqi, milli, dini və ya sosial ədavətə səbəb olduqda, insan ləyaqətini alçaldaraq və dünyəvi təhsilə əngəl törədərək insanların dinini dəyişdirdikdə onların fəaliyyəti hökumət tərəfindən ləğv edə bilər. İyun ayında qanuna edilən dəyişikliklə qeydiyyatda olan dini qruplar tərəfindən dəvət edilmiş əcnəbilərin dini xidmətlər icra etməsinə şərait yaradılmışdır… HESABATINI YÜKLƏ