Beynəlxalq Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Günü ilə Bağlı Bəyanat

Dövlət Katibi Tillerson

Qadınlara qarşı zorakılığın aradan qaldırılmasına (IDEVAW) dair Beynəlxalq Günün qeyd edilməsi  münasibətilə 25 noyabr Beynəlxalq Gender Əsaslı Zorakılıqların Aradan Qaldırılması Günü və Gender Əsaslı Zorakılığa qarşı 16 Günlük Fəallıq Kampaniyası ərzində ABŞ qadın və qızların zorakılıqdan azad yaşaması üçün qadın və qızların hüquqlarının müdafiəsinə olan sadiqliyini bir daha təsdiq edir.

IDEVAW və Qadınlara Qarşı Zorakılıq Əleyhinə 16 Günlük Fəallıq Kampaniyası dünyanın diqqətini qadın və uşaqlara qarşı dəhşətli zorakılığa insan alverinin bütün formaları, o cümlədən uşaq evliliyi və məcburi evliliyi, məişət zorakılığına yönəltmək üçün aparılan beynəlxalq kampaniyadır.  Biz bilirik ki, qadın və qızlara qarşı zorakılıq qlobal sülh və təhlükəsizliyə zərbə vurur. O, ailələri və cəmiyyətləri bir araya gətirən ictimai əlaqələri zəiflədir və ölkələrin sosial sabitliyə və iqtisadi inkişafa nail olmasına mane olur.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası IDEVAW-ı yaratdıqdan təxminən 20 il sonra biz qadınlara qarşı zorakılıqın davamlı bir təhdid və qadınların bərabərliyinə nail olmaq üçün bir maneə olduğunu etiraf edirik. ABŞ zorakı ekstremist qruplarının qadınlara qarşı terror taktikasından  –  icmaların ləkələnməsi, insanların terrora cəlb olunması, qadınlara təzyiq göstərilməsindən xüsusilə narahatdır. Biz terror təşkilatlarının qadın və qızların cinsi alver də daxil olmaqla, məcburi hərbi qulluğa cəlb olunmaları, cinsi istismarı və sui-istifadə hallarını pisləyirik.

Amerika Birləşmiş Ştatları qadınların bərabərliyinə dəstəyini dayandırmayacaq. Dünya üzrə hökumətlər, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətləri qadın və qızlara qarşı zorakılığa son qoymaq və qadın və qızların bərabər hüquqlara və imkanlara malik olmaları təmin etmək üçün birgə çalışmağa davam edəcəyik. Biz IDEVAW və 16 Günlük Fəallıq Kampaniyası ərzində bütün hökumətləri qadınlara qarşı zorakılığa son qoymaq üzrə ümumi məsuliyyəti bölüşmək üçün bizə qoşulmağa çağırırıq.