Prezident Co Bayden və birinci xanım Cil Baydenin Novruz bayramı münasibətilə bəyanatı

Cill və mən bu gün ABŞ-da və dünyada, o cümlədən İranda və Yaxın Şərqdə, Mərkəzi və Cənubi Asiyada, Qafqazda və Avropada Novruz bayramını qeyd edən hər kəsə ən xoş arzularımızı çatdırırıq

Novruz sevdiklərimizə təşəkkür etmək, xeyir-dua vermək, yemək və hədiyyələrimizi bölüşmək, ötən il haqqında düşünmək, yazın gəlişini və yeni mövsümün imkanlarını qarşılamaq üçün ailə və dostları süfrə ətrafında toplayır. Yeni başlanğıcların bu ruhu və Novruz sevinci bizim Ağ Evdə Həft-Sin süfrəmizdə öz əksini taparaq, yeni il üçün ümidlərimizi ifadə edir. Bu, Amerikada hər gün müstəsna töhfələr verən və ölkəmizi gücləndirən çoxsaylı diaspor icmalarımızın parlaq mədəniyyətlərinin və dostluqlarının tanınması və qeyd edilməsidir. Novruz bayramınız mübarək!