Flag

An official website of the United States government

Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanın Addımlarını Alqışlayır
təfərindən
6 Qısa icmal
İyun 12, 2021

 

Birləşmiş Ştatlar saxlanılan 15 nəfər erməninin Azərbaycan tərəfindən azad edilməsi və Ermənistana təhvil verilməsi qərarını alqışlayır. Biz həmçinin Ermənistanın ərazilərin minalardan təmizlənməsi kimi humanitar fəaliyyətə təkan verən və gələcəkdə xəsarətlərin qarşısının alınması üçün vacib olan məlumatları Azərbaycana təqdim etmək qərarını alqışlayırıq. Bölgədə yaşayan insanların layiq olduqları dinc və firavan gələcəyi yaxınlaşdıran addımların atılmasına yardım göstərən Gürcüstanın Baş Naziri İrakli Qaribaşviliyə və Gürcüstan hökumətinə minnətdarlığımızı bildiririk.

Birləşmiş Ştatlar sözügedən addımları dəstəkləməkdən məmnundur və biz ümid edirik ki, onlan daha da yaxın əməkdaşlıq üçün imkan yaradacaq. Birləşmiş Ştatlar bütün saxlanılan şəxslərin qaytarılmasına çağırır və bölgə dövlərlərinındavamlı əməkdalığına və gündəmdə olan məsələlərin çözülməsi yardım etməyə hazir olduğunu bəyan edir. Biz həmçinin Ermənistanı və Azərbaycanı ATƏT-in Minsk Qrupu çərçivəsində substantiv danışıqları bərpa etməyə və münaqişənin siyasi həllini müzakirə etməyə çağırırıq.