Dövlət katibi Blinkenlə Azərbaycan Prezidenti Əliyev arasında telefon danışığı
Dövlət katibi Entoni C. Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək Ermənistanla ikitərəfli sülh danışıqlarının aparılmasında ABŞ-ın davamlı yardımını təklif edib. “Blinken qarşıda duran mühüm məsələlərin həll yollarının tapılmasını təşviq etmiş, hərbi həll yolunun mövcud olmadığını vurğulamışdır. O, Laçın dəhlizinin kommersiya və özəl avtomobillər üçün açılmasının vacibliyini bir daha təsdiq etmişdir. Blinken Birləşmiş Ştatların sülh prosesində Azərbaycanla əməkdaşlığının davam etdirilməsini bildirmişdir.