Flag

An official website of the United States government

Dövlət katibi Blinkenin Azərbaycan Prezidenti Əliyevə telefon zəngi
təfərindən
2 Qısa icmal
Sentyabr 7, 2023

Dövlət katibi Blinkenin Azərbaycan Prezidenti Əliyevə telefon zəngi

Dövlət katibi Antoni J. Blinken sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevlə söhbətində Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsi ilə bağlı Birləşmiş Ştatların narahatlığını ifadə edib. Dövlət katibi Laçın dəhlizinin humanitar, kommersiya və sərnişin daşınması üçün yenidən açılması çağırışımızı təkrarlayıb və eyni zamanda Azərbaycandan əlavə marşrutların açılmasının vacibliyini də qeyd edib. Dövlət katibi dialoq və güzəştlərin zəruriliyini və tərəflər arasında etimadın yaradılmasının vacibliyini vurğulayıb. Cənab Blinken ABŞ-nin sülh prosesinə dəstəyini davam etdirəcəyinə söz verib.