Flag

An official website of the United States government

təfərindən
1 Qısa icmal
Yanvar 23, 2023

Dövlət katibi Blinkenin Azərbaycan Prezidenti Əliyevə zəngi

Mətbuat katibinin ofisi

Dövlət katibinin sözçüsü Ned Praysın adından:

Dövlət katibi Antoni J. Blinken bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə danışıb və Laçın dəhlizinin təcili olaraq kommersiya nəqliyyatı üçün açılmasını istəyib. O, Laçın dəhlizində humanitar böhran riskinin Ermənistan və Azərbaycan arasında sülh perspektivlərini sarsıtdığını vurğulayıb. Katib Prezident Əliyevi Ermənistanla ikitərəfli sülh müzakirələrində səylərini ikiqat artırmağa təşviq edib. O, Azərbaycanda insan haqları ilə bağlı narahatlığını da qeyd edib.