Flag

An official website of the United States government

təfərindən
2 Qısa icmal
Oktyabr 10, 2022

Dövlət katibi Blinkenin Azərbaycan Prezidenti Əliyevə zəngi

Dövlət katibi Antoni Blinken bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə danışıb. Dövlət katibi Blinken Azərbaycan və Ermənistanın davamlı sülh sazişinin əldə edilməsi istiqamətində atdığı müsbət addımları, o cümlədən son vaxtlar xarici işlər nazirləri və liderlər arasında birbaşa danışıqları yüksək qiymətləndirdiyini bildirib. Dövlət katibi Blinken Azərbaycanın oktyabrın 4-də 17 erməni hərbi əsirinin Ermənistana qaytarmasını alqışlayıb və Prezident Əliyevi sülh prosesinə dəstək vermək üçün vaxtında və ölçülə bilən addımlar atmağa davam etməyə çağırıb. Dövlət katibi Blinken sərhədlərin dəqiq delimitasiyası, nəqliyyat əlaqələri, itkin düşmüş şəxslərin tapılması və şəxsiyyətlərinin müəyyən edilməsi, məhbusların qaytarılması və digər məsələlərə ABŞ-nin dəstəyini bir daha qeyd edib. O, Dağlıq Qarabağ sakinlərinin hüquqları və təhlükəsizlikləri ilə bağlı müzakirələrin vacibliyini və davamlı sülhün yeganə yolu kimi hər iki tərəfin atəşkəs rejimini qorumasının və əsas diqqətin danışıqlar yolu ilə əldə edilən razılaşmaya yönəldilməsinin vacibliyini vurğulayıb.