Dövlət katibi Blinkenin Azərbaycan Prezidenti Əliyevlə telefon danışığı
Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə gecə saatlarında söhbəti zamanı Ermənistan-Azərbaycan sərhədində hərbi əməliyyatlardan, o cümlədən Ermənistanın atəşə tutulmasından dərin narahatlığını bildirib. Dövlət katibi Blinken Prezident Əliyevi hərbi əməliyyatlara son qoymağa çağırıb. O vurğulayıb ki, Birləşmiş Ştatlar hərbi əməliyyatların dərhal dayandırılmasında və Ermənistan və Azərbaycan arasında münaqişənin sülh yolu ilə nizamlanmasında təkid edəcək.