Dövlət katibi Blinkenin Azərbaycan Prezidenti Əliyevə zəngi
Dövlət katibi Blinkenin Azərbaycan Prezidenti Əliyevə zəngi
Məlumat sözçü Metyu Millerə aiddir:
Dövlət katibi Antoni C. Blinken bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə danışıb və Azərbaycanı Dağlıq Qarabağda hərbi əməliyyatları dərhal dayandırmağa və gərginliyi azaltmağa çağırıb. Dövlət katibi vurğulayıb ki, hərbi yolla həll yoxdur və tərəflər Bakı ilə Dağlıq Qarabağdakı etnik ermənilər arasında mövcud olan ixtilafları aradan götürmək üçün dialoqu bərpa etməlidirlər. Katib qeyd etdi ki, Prezident Əliyevin hərbi əməliyyatları dayandırmağa, Azərbaycan nümayəndələri ilə Dağlıq Qarabağ əhalisinin görüşməsinə hazır olduğunu bildirib və o bunun dərhal həyata keçirilməsinin zəruriliyini vurğuladı.