Flag

An official website of the United States government

təfərindən
1 Qısa icmal
Fevral 19, 2023

Dövlət katibi Blinkenin Ermənistanın baş naziri Paşinyan və Azərbaycan prezidenti Əliyevlə görüşü

Dövlət katibi Entoni Blinken Ermənistan və Azərbaycan arasında ikitərəfli sülh danışıqlarının irəliləyişini təmin etmək məqsədilə bu gün Münhendə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. O, son bir neçə ay ərzində hər iki tərəfin sülh sazişi istiqamətində əldə etdiyi əhəmiyyətli irəliləyişləri və Aİ prezidenti Çarlz Mişelin tərəfləri Brüsseldə qəbul etmək təklifini qeyd edib. Müzakirələr zamanı dövlət katibi Laçın dəhlizi ilə ödənişsiz və azad kommersiya və mülki tranzitin zəruriliyini vurğulayıb. O, həmçinin tərəfləri digər nəqliyyat marşrutlarını da açmağa çağırıb.