Dövlət katibi Blinkenin Azərbaycan Prezidenti Əliyev ilə telefon danışığı
Dövlət katibi Entoni Blinken bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə danışıb. Dövlət katibi Blinken Ermənistan və Azərbaycan arasında baş vermiş son döyüşlərin dayandırılmasını alqışlayıb. O, Prezident Əliyevi atəşkəsə əməl etməyə, hərbi qüvvələri çəkməyə və Ermənistanla Azərbaycan arasında bütün həll edilməmiş məsələlərin sülh danışıqları vasitəsi ilə aradan qaldırması istiqamətində işləməyə çağırıb.