ABŞ Dövlət Katibi Blinkenin Ermənistanla Azərbaycan arasında döyüşlərlə bağlı bəyanatı

Birləşmiş Ştatlar, bu gün Ermənistan və Azərbaycan arasında intensiv döyüşlər barədə xəbərlərdən dərin ​narahatlıq hissi keçirir. Biz, hər iki tərəfi gərginliyi azaltmaq və vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün dərhal konkret addımlar atmağa çağırırıq. Biz, həmçinin tərəfləri sərhədlərin demarkasiyası da daxil olmaqla, bütün həll edilməmiş məsələlərin həlli ilə birbaşa və konstruktiv şəkildə məşğul olmağa çağırırıq.

Minsk Qrupu həmsədrlərinin noyabrın 15-də verdiyi bəyanatda qeyd edildiyi kimi, son vaxtlar Ermənistan və Azərbaycan arasında gərginliyin artması Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn bütün qalan məsələlərin danışıqlar yolu ilə, hərtərəfli və davamlı həllinin zəruriliyini vurğulayır.