Dövlət katibi Blinken Ararat Mirzoya və Ceyhun Bayramovla görüşdən əvvəl verdiyi bəyanat
DÖVLƏT KATİBİ BLİNKEN: Salam. Mən Ermənistandan və Azərbaycandan olan həmkarlarıma bu gün burada olduqlarına görə təşəkkür etmək istəyirəm. Keçən həftə son döyüşlərdə ölən və ya yaralananların ailələrinə və yaxınlarına səmimi başsağlığı verməklə və şəfa diləməklə başlamaq istəyirəm. Döyüşlərin dayandırılması və son bir neçə gündə heç bir əlavə hərbi əməliyyatın olmaması bizi ruhlandırır.
Həm Baş nazir Paşinyanla, həm də Prezident Əliyevlə son zənglərimdə hər iki lider sülhə hazır olduqlarını bildirdilər. Güclü, davamlı diplomatik təmaslar hamı üçün ən yaxşı yoldur. Ermənistanla Azərbaycan arasında fikir ayrılıqlarının hərbi yolla həlli yoxdur. Ancaq, məncə, fikir ayrılıqlarını diplomatiya yolu ilə həll edən davamlı sülhə aparan yol var. Birləşmiş Ştatlar bu səyləri dəstəkləmək üçün əlindən gələni etməyə hazırdır. Bu söhbəti davam etdirmək üçün bu gün burada olduqları üçün hər iki həmkarıma minnətdaram. Çox təşəkkür edirəm.