Flag

An official website of the United States government

təfərindən
2 Qısa icmal
Fevral 2, 2023

Qafqaz danışıqları üzrə yeni baş məsləhətçinin təqdimatı

Mən Ali Xarici Xidmətin üzvü Luis L. Bononu Qafqazda danışıqlar üzrə baş məsləhətçi təyin edirəm.  Bu vəzifədə cənab Bono Ermənistan və Azərbaycan arasında sülh prosesini irəlilətmək və Rusiyanın suveren Gürcüstan ərazisinin davam edən işğalı ilə məşğul olmaq məqsədilə regional liderlərlə işləyəcək. Cənab Bono bu vəzifəyə öz zəngin təcrübəsini gətirir. O, Beynəlxalq Atom Enerjisi Agentliyində və Birləşmiş Millətlər Təşkilatının Vyanadakı ofislərində müvəqqəti Nümayəndəlik və Müqəddəs Taxt-Tacın müvəqqəti işlər vəkili kimi fəaliyyət göstərmişdir. O, həmçinin Bəsrə Regional Ofisinin direktoru, Milli Təhlükəsizlik Şurasında, Dövlət katibinin müavini və Dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə birinci müavinin müşaviri vəzifələrində çalışıb. O, Vest Poynt və Ordu Hərbi Kollecində təlimatçı vəzifəsində çalışdıqdan sonra təqaüdə çıxmışdır.

Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi həlli də daxil olmaqla, Ermənistan və Azərbaycana hərtərəfli sülh sazişinin əldə edilməsinə kömək etmək öhdəliyinə sadiqdir. Cənab Bono Ermənistan və Azərbaycan arasında birbaşa dialoqu təşviq etmək üçün həmfikir tərəfdaşlarla, o cümlədən, Avropa İttifaqı və ATƏT kimi beynəlxalq təşkilatlarla ikitərəfli əməkdaşlıq edəcək. Onun təyinatı həm də ABŞ-nin Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi əhəmiyyəti, eləcə də Rusiyanın Gürcüstan ərazisinin 20 faizinin davam edən işğalına həsr olunmuş yeganə beynəlxalq format olan Gürcüstan üzrə Cenevrə Beynəlxalq Müzakirələrinin rolunu təsdiqləyir.