Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə danışıb.

Dövlət katibi Antoni C. Blinken bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə danışıb. Dövlət katibi Blinken ABŞ-Azərbaycan ikitərəfli tərəfdaşlığının davamlı əhəmiyyətini və ABŞ-nın Cənubi Qafqaz regionu üçün sülhsevər, demokratik və firavan gələcəyin təşviqinə sadiqliyini vurğuladı. Ermənistan və Azərbaycan qüvvələri arasında eskalasiya ilə bağlı son xəbərləri qeyd edən dövlət katibi tərəfləri təmkinlik nümayiş etdirməyə və bütün həll edilməmiş məsələlərin hərtərəfli həlli yollarını tapmaq üçün diplomatik fəaliyyəti gücləndirməyə çağırıb. O, Azərbaycanda insan haqlarına və əsas azadlıqlara hörmətin vacibliyini də vurğulayıb. Dövlət katibi ABŞ-nın digər tərəfdaşlarla yanaşı, Moskvanı və onu dəstəkləyənləri, o cümlədən Belarusdakı Lukaşenko rejimini, Kremlin Ukraynaya qarşı səbəbsiz və əsassız müharibəsinə görə cavabdeh tutmağa davam etmək öhdəliyini vurğuladı.