Dövlət katibi Blinkenin Azərbaycanın Xİ naziri Bayramov və Ermənistanın Xİ naziri Mirzoyanla telefon danışığı
Dövlət katibi Antoni Blinken bu gün Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan ilə üçtərəfli formatda danışıb. Dövlət katibi Blinken Ermənistan və Azərbaycanın davamlı sülh sazişinin əldə edilməsi istiqamətində atdığı müsbət addımları yüksək qiymətləndirdiyimizi bildirib. Həddindən artıq zorakılıq, o cümlədən mina partlayışları nəticəsində erməni əsgərləri və azərbaycanlı mülki əhalinin həlak olması ilə yadda qalan bir həftədə o, oktyabrın 2-də nazirlər arasında keçirilən görüşü sülh prosesində irəliyə doğru atılan mühüm addım kimi alqışlayıb. Dövlət katibi hərbi əsirlərin azad edilməsini yüksək qiymətləndirdi və Ermənistan və Azərbaycana məsələlərin sülh yolu ilə həllinə kömək etmək öhdəliyimizi bir daha vurğuladı və diplomatiyanın irəliyə doğru aparan yeganə yol olduğunu vurğuladı.