Məsuliyyətli Biznes Davranışı üzrə Milli Fəaliyyət Planı: Yazılı Şərh Təqdim etmək İmkanı verən bildiriş

XÜLASƏ:

16 iyun 2021-ci ildə Dövlət Katibi Entoni Blinken Bayden-Harris Administrasiyası adından bildirmişdir ki, Departament tezliklə xaricdə fəaliyyət göstərən və investisiya qoyan ABŞ şirkətləri üçün Məsuliyyətli Biznes Davranışı üzrə Milli Fəaliyyət Planını (MBD MFP) yeniləməyə və bərpa etməyə başlayacaqdır.  Bu bildiriş yenilənmiş MBD MFP-nın işlənib hazırlanmasında ABŞ Hökuməti qurumlarının nəzərə alması üçün bu təşəbbüslə bağlı məlumat verir və yazılı şərhləri alqışlayır.  Şərhlər əvvəlki (2016) MBD MFP-da müzakirə edilən məsələlərə və ya prioritet kimi təklif edilən digər məsələlərə də aid ola bilər.

TARİXLƏR:

Şərhlər 31 may 2022-ci il tarixinədək qəbul edilir.  Şərhlərin təqdim edilməsi üçün qaydalar aşağıda öz əksini tapmışdır.

ÜNVANLAR:

Şərhləri aşağıdakı üsullardan biri ilə göndərə bilərsiniz:

  1. Elektron Təqdimat: Federal Qanunvericilik Portalı vasitəsilə bütün elektron ictimai şərhləri təqdim edin.
  1. Poçt vasitəsilə: Yazılı şərhləri aşağıdakı ünvana göndərin:

ATTN: RBC-NAP
İnvestisiya Məsələləri İdarəsi (EB/IFD/OIA), Otaq 4669
ABŞ Dövlət Departamenti
2201 C St. NW
Vaşinqton, DC 20520
Amerika Birləşmiş Ştatları

Təlimatlar: Hər hansı digər üsulla, hər hansı digər ünvana və ya şəxsə göndərilən və ya şərh müddəti bitdikdən sonra alınan şərhlər nəzərə alınmır.  Alınan bütün şərhlər ictimai qeydin bir hissəsidir və ümumiyyətlə, dəyişdirilmədən www.regulations.gov saytında ictimai baxış üçün yerləşdiriləcək. Bütün şəxsi identifikasiya məlumatları (məsələn, ad, ünvan və s.), məxfi biznes məlumatı və ya göndərici tərəfindən könüllü olaraq təqdim edilən başqa məxfi məlumatlar ictimaiyyət üçün açıq olacaq. Biz anonim şərhləri qəbul edəcəyik (anonim qalmaq istəyirsinizsə, tələb olunan sahələrə “Yoxdur” yazın).