Səfir Litzenberger BMT-nin Azərbaycandakı rezident rezident əlaqələndiricisini ABŞ səfirliyində qəbul edib

Səfir Litzenberger, BMT-nin Azərbaycandakı rezident rezident əlaqələndiricisi Vladanka Andreyevanı ABŞ səfirliyində qəbul edib. Səfirlik olaraq BMT və Azərbaycandakı digər beynəlxalq təşkilatlarla müxtəlif layihələr və ortaq prioritetlər üzərində işləməkdən məmnunuq. Misal olaraq, COVID-19 virusunun yayılmasını azaltmaq qlobal səylərimizdən biridir. Birgə əməkdaşlığımız sayəsində bu təhlükəli xəstəliyin yayılmasını azaltmaq üçün on minlərlə azərbaycanlıya köməklik göstərmişik.

Ətraflı Oxu»

Səfir Litzenberger, Regional Enerji Təhlükəsizliyi Simpoziumunda çıxış edib.

ADA Universitetində Avropa İttifaqı üzrə Bilik Mərkəzi, ABŞ Hərbi Dəniz Donanması Ali Məktəbi, NATO Enerji Təhlükəsizliyi Mərkəzi, “BP Azerbaijan” və SOCAR-ın birgə əməkdaşlığı ilə keçirilən Regional Enerji Təhlükəsizliyi Simpoziumu nazirliklərin, xarici missiyaların və akademik qurumların, beynəlxalq təşkilatların və dövlət-özəl sektorun yüksək səviyyəli mütəxəssislərini bir araya gətirdi.

Ətraflı Oxu»

Səfir Naxçıvanda səfərdə olarkən Azərbaycan Mikromaliyyə Assosiasiyasını ziyarət edib

Səfir Naxçıvanda səfərdə olarkən Azərbaycan Mikromaliyyə Assosiasiyasını ziyarət edərək bir qrup Naxçıvanlı qadın sahibkarla görüşüb. Bu qadınlar ABŞ səfirliyinin dəstəyi ilə biznes təlimlərindən keçdikdən sonra, öz iş layihələrini başlamaq üçün ayırılmış maliyyə yardımı alıblar. Biz əminik ki, həmin qadın sahibkarları əldə etdikləri yeni bacarıqları ilə öz ailələrini dəstəkləməklə yanaşı, həmçinin yerli iqtisadiyyata da öz mühüm …

Ətraflı Oxu»

Səfir Litzenberger Naxçıvanın Əlincə qalasını ziyarət edib

Səfər zamanı səfir Litzenberger, Naxçıvan Muxtar Respublikasının ən görkəmli yerlərindən biri olan Əlincə qalasının zirvəsinə piyada qalxmışdır. Onlar, ətrafdakı kəndlərin inanılmaz mənzərəsini seyr etdilər və bundan savayı, səfir və komandası, bir qrup qartalın yuxarıda uçduğunu və dağ keçilərinin ailəsini görəndə çox sevindilər.

Ətraflı Oxu»

səfir Litzenberger Naxçıvan Muxtar Respublikasına ilk səfərində səmimi bir şəkildə qarşılandı

Bazar ertəsi günü, səfir Litzenberger, Naxçıvan Muxtar Respublikasına ilk səfərində səmimi bir şəkildə qarşılandı. Səfər zamanı səfir yerli hökumət rəsmiləri, alimlər və ABŞ-ın maliyyələşdirdiyi layihələrin rəhbərləri və təqaüdçülərlə görüşdü. O, həmçinin Naxçıvanın ən əhəmiyyətli mədəni və tarixi irsinə aid yerlərini ziyarət etdi. Amerika Birləşmiş Ştatları Azərbaycanın bölgələrində yaşayan insanların böyük potensiala malik olmasına inanır. Biz …

Ətraflı Oxu»

Şəkidə olarkən səfir Litzenberger ARB 24-yə müsahibə verib

Keçən həftə Şəkidə olarkən səfir Litzenberger ARB 24 -yə müsahibə verib. Müsahibə zamanı səfir bölgəyə etdiyi səyahət və Azərbaycan-ABŞ münasibətlərinin gələcəyi ilə bağlı sualları cavablandırıb. Gözəl bir açıq havada yerləşən məkanda səfirə verdiyi maraqlı suallara görə jurnalist Hikmət Zeynallıya təşəkkürümüzü bildiririk.

Ətraflı Oxu»

Səfir Litzenberger, Şəkinin möhtəşəm “Şəbəkə” vitraj şüşələrinin hazırlanması sənədini yaşadan ustalarla görüşdü

Səfir Litzenberger, Şəkinin möhtəşəm “Şəbəkə” vitraj şüşələrinin hazırlanması sənədini yaşadan ustalarla görüşdü. ABŞ Səfirliyi #UGRAD məzunu Elşad Yusiflə birlikdə yeni ustaların hazırlanması və gözəl əsərlərin dünyanın hər yerində sənət həvəskarlarına satılmasına kömək etmək istiqamətində birgə işləyir.

Ətraflı Oxu»

Səfir Litzenberger USAID/Azerbaijan-in Qax rayonunda həyata keçirilmiş su layihəsi ilə tanış olub

Səfir Litzenberger USAID/Azerbaijan -in Qax rayonunda həyata keçirilmiş su layihəsi ilə tanış olub. Bu layihə Qaradolaq kəndinin 400-dən çox sakinini həyatı əhəmiyyət daşıyan təmiz su ilə təmin edir. ABŞ Səfirliyi olaraq, biz Azərbaycanın kənd əhalisinin həyat keyfiyyətinin yaxşılaşdırılmasında rol oynamaqdan məmnunuq.

Ətraflı Oxu»

Səfir Litzenberger Şəki Mərkəzi Xəstəxanasını və USAID/Azerbaijan -ın dəstəyi ilə yaradılan tədris mərkəzini ziyarət edib

Səfir Litzenberger Şəki Mərkəzi Xəstəxanasını və USAID/Azerbaijan -ın dəstəyi ilə yaradılan tədris mərkəzini ziyarət edib. Səfir qlobal koronavirus pandemiyası dövründə öz fəaliyyətilə əhəmiyyətli rol oynadıqlarına görə azərbaycanlı səhiyyə işçilərinə minnətdarlığını bildirmiş və öhdəlikləri münasibətilə təbrik etdi. Şəki Mərkəzi Xəstəxanasındakı təlim mərkəzi, USAID #PROACT-Training layihəsinin bir hissəsidir və ölkə ərazisində yerləşən 12 təlim mərkəzlərində 1500-dən çox azərbaycanlı …

Ətraflı Oxu»

Səfir Litzenberger Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında çalışan ingilis dilli müəllimlərlə görüşüb

Səfir Litzenberger Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında çalışan ingilis dilli müəllimlərlə görüşməkdən mənmun olub. Bu fədakar mütəxəssislər ölkənin inkişafında mühüm rol oynayacaq Azərbaycanın gələcək ingilis dili müəllimlərini hazırlayırlar.

Ətraflı Oxu»

Səfir Litzenberger Gələcək Liderlər Mübadilə Proqramının (FLEX) məktəbliləri salamladı

Səfir Litzenberger Gələcək Liderlər Mübadilə Proqramı (FLEX) çərçivəsində ABŞ-ın müxtəlif ştatlarındakı orta məktəblərdə bir il təhsil almaq imkanını qazanan məktəbliləri salamlamaqdan məmnun qaldı. Səfir Litzenberger 20 nəfər iştirakçıdan xahiş etdi ki, amerikalılara Azərbaycan mədəniyyəti və ənənələri haqqında danışsınlar və geri döndükdən, yəni bir il sonra həmyerlilərinə Amerika mədəniyyətini və dəyərlərini izah etsinlər. FLEX tələbələrinə yaxşı …

Ətraflı Oxu»

Səfir Litzenberger Oklahoma ştatının qubernatoru Kevin Stitt və ailəsini Bakıda salamladı

Səfir Litzenberger Oklahoma ştatının qubernatoru Kevin Stitt və ailəsini Bakıda salamlamaqdan məmnun qaldı. Qubernator Stittin Azərbaycana səfəri zamanı ilk dayanacağı, Oklahoma Dövlət bayrağını dalğalandırmaqdan qürur duyduğumuz Səfirlik oldu. Azərbaycan və Oklahoma 20 ilə yaxındır ki fəal tərəfdaşdır və Qubernator Stitt əlaqələrini genişləndirmək və Azərbaycan hökuməti ilə işləmək üçün komandasını Azərbaycana gətirdi. Bakıya xoş gəlmisiniz, Qubernator …

Ətraflı Oxu»

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) anlaşma memorandumu imzalayıblar

Bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) kiçik və orta sahibkarlıq (KOS) üçün biznes mühitinin inkişafını dəstəkləmək məqsədilə anlaşma memorandumu imzalayıblar. Tədbirdə Səfir Litzenberger və USAID/Azerbaijan üzrə missiyasının direktoru Caydev Sinqx iştirak ediblər. KOS-lar sağlam ölkə iqtisadiyyatı üçün çox önəmlidir. Lakin həm orta, həm kiçik sahibkarlar COVID-19 …

Ətraflı Oxu»

ABŞ AZƏRBAYCANDA COVID-19-la MÜBARİZƏ TƏDBİRLƏRİ ÜÇÜN ƏLAVƏ 1 MİLYON ABŞ DOLLARI AYIRIB

Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Şamaxıda üç səyyar klinikanın təhvil verilməsində iştirak edib. Həmin səyyar klinikalar ucqar və həssas icmalarda mühüm səhiyyə xidmətləri göstərəcəklər. Səyyar klinikalar Şamaxı və onun ətraf kəndlərində hər il minlərlə insana xidmət edərək qarşısı alına biləcək xəstəkliklərin erkən diaqnozuna, ucqar yerlərdə müalicənin əlçatanlığına və həyatları xilas etməyə kömək edəcək. …

Ətraflı Oxu»

Səfir Litzenberger Şamaxıya səfər edərək üç səyyar klinikanın təhvil mərasimində iştirak edib

Bu gün səfir Litzenberger Şamaxıya səfər edərək üç səyyar klinikanın təhvil mərasimində iştirak edib. Həmin klinikalar Şamaxı və ətraf kəndlərində minlərlə insana əssas tibbi xidmətlər göstərəcək. Bu yeni klinikalar USAID və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyilə alınıb. Səfər zamanı səfir Litzenberger həmçinin elan edib ki, COVID-19 ilə mübarizə məqsədləri üçün USAID Azərbaycanın səylərinə dəstək …

Ətraflı Oxu»

Səfirlik İnsan Haqları üzrə Vəkillərın Üzvlüyünün Bərpasını Alqışlayır

Birləşmiş Ştatların Azərbaycandakı Səfirliyi insan haqları üzrə vəkillər Şəhla Hümbətova və İradə Cavadovanın Azərbaycan Vəkillər Kollegiyasında üzv kimi bərpası haqda verilən qərarı alqışlayır. Dünyanın demokratik dövlətlərində insan haqları üzrə vəkillər insan haqlarının, demokratiyanın və qanun aliliyinin qorunmasında müstasna rol oynayırlar. Xanın Hümbətova, xanın Cavadova, və digər çoxsaylı vəkillərin cəsarətli səyləri nəticəsində ehtiyacı olan icmalar və …

Ətraflı Oxu»

səfir Litzenberger “Avrasiyanı birləşdirən: Ağıllı Limanlar və Dəmiryolları” adlanan üç günlük forumun ilk iclasında çıxış edib

Limanlar və dəmir yolu şəbəkələri, xüsusən Azərbaycan və ABŞ kimi ölkələrin iqtisadiyyatlarının inkişaf etməsində mühüm rol oynayır. Dünən səfir Litzenberger “Avrasiyanı birləşdirən: Ağıllı Limanlar və Dəmiryolları” adlanan üç günlük forumun ilk iclasında çıxış edərək Amerika şirkətlərinin Azərbaycanı regional nəqliyyat və logistika mərkəzi kimi təşviq etməkdə vacib rolunu vurğuladı. Təkcə Amerika Birləşmiş Ştatlarında nəqliyyat sektoruna 1,6 …

Ətraflı Oxu»

Səfir Litzenberger hər kəsi Novruz bayramı münasibətilə təbrik edir

Bu gün Azərbaycanlılar ən əziz bayramlarından biri olan Novruz Bayramını qeyd edirlər. #Novruz Bayramı, insanların gələn yaz mövsümünü birgə qarşıladıqları bir bayramdır. Səfir Litzenberger ən xoş arzularla hər kəsi Novruz bayramı münasibətilə təbrik edir.

Ətraflı Oxu»

Səfir Litzenberger Azərbaycanda autizmli uşaqlara dəstəyi genişləndirəcək yeni anlaşma memorandumunun izmaladı

Bu gün səfir Litzenberger Azərbaycan Dövlət Pedaqoji Universiteti və Birgə və Sağlam İctimai Birliyi arasında imzalanan, Azərbaycanda autizmli uşaqlara dəstəyi genişləndirəcək yeni anlaşma memorandumunun izmalanma mərasimində iştirak edib. USAID/Azerbaijan tərəfindən dəstəklənən ADPU və BSİB tərəfdaşlıq edərək tələbələri lazımı bacarıq və təlimlə təmin edəcək ki, hər bir autizmli şəxsin öz potensialına tam yiyələnməsi, habelə daha dolğun …

Ətraflı Oxu»

Səfir Litzenberger “Qadınları Gücləndirmək üçün Tərəfdaşlıq” təşəbbüsünün əhəmiyyətini qeyd edən tədbirə qatılıb

Bu gün səfir Litzenberger, Coca-Cola Azərbaycan şirkətinin baş meneceri Rena Məmmədova və Coca-Cola şirkətində digər rəhbər vəzifələrdə çalışan şəxslərlə birlikdə “Qadınları Gücləndirmək üçün Tərəfdaşlıq” təşəbbüsünün əhəmiyyətini qeyd edən tədbirə qatılıblar. Bugünkü tədbir zamanı səfir Coca-Cola Azərbaycana Dövlət Katibinin Korporativ Mükəmməllik Mükafatını təqdim etdi. Mükafat hər il yerli icmaların həyatını yaxşılaşdırmaq üçün üstün öhdəlik nümayiş etdirən …

Ətraflı Oxu»

Səfir Litzenberger Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevlə Şamaxı rayonunun Məlhəm kəndini ziyarət edib

Bu gün səfir Litzenberger Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevlə Şamaxı rayonunun Məlhəm kəndini ziyarət edib. Səfər zamanı nazir və səfir Amerikanın hava texnologiyaları şirkəti Baron Weather şirkəti ilə birgə hava proqnozu stansiyasını istifadəyə verdilər. Bu tərəfdaşlıq ABŞ ilə Azərbaycan arasındakı iqtisadi əməkdaşlığın iki ölkə üçün necə fayda gətirdiyinin növbəti gözəl nümunəsidir. Səfir …

Ətraflı Oxu»

Səfir Litzenberger Azərbaycanın 2020 İnnovasiya Həftəsi Samitinə qatıldı

Dünən səfir Litzenberger Azərbaycanın 2020 İnnovasiya Həftəsi Samitinə qatıldı və start-up sahəsində ABŞ-Azərbaycan əməkdaşlığı barədə danışdı. Amerika dünyanın ən böyük və ən uğurlu start-up icmalarının mühüm bir hissəsinə ev sahibliyi edir, orada dünyanın müxtəlif yerlərindən sahibkarlar öz fikirlərini start-up layihələrə çevirmək istiqamətində birlikdə çalışırlar. Səfir Litzenberger çıxışında yeniliyi təşviq etmək üçün əqli mülkiyyətin qorunmasının vacibliyini …

Ətraflı Oxu»

Səfir Litzenberger bu gün Qızıl Aypara Cəmiyyətinin könüllülərinin çalışdığı anbarı ziyarət edib

Səfir Litzenberger bu gün Qızıl Aypara Cəmiyyətinin könüllülərinin çalışdığı anbarı ziyarət edib və ərzaq və gigiyenik məhsullardan ibarət 7,000 bağlamaların hazırlanmasını müşahidə edib. Bağlamalar Azərbaycanın 8 rayonunda yaşayan və pandemiya dövründə ehtiyacı olan 3,500 ailələrə çatdırılacaq. Bu USAID-in maliyyələşdirdiyi və Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyası (BQXF) və Azərbaycan Qızıl Aypara Cəmiyyəti vasitəsilə …

Ətraflı Oxu»

Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov və səfir Litzenberger “Amerika guşələri” proqramının Anlaşma Memorandumu imzalayıblar

Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov və səfir Litzenberger “Amerika guşələri” proqramı çərçivəsində əməkdaşlıq haqqında” yeni Anlaşma Memorandumu imzalayıblar. Qarşılıqlı razılıq əsasında Gəncə şəhəri, Salyan, Xaçmaz və Kürdəmir rayon mərkəzi kitabxanalarında “Amerika guşələri” kimi tanınan ictimai informasiya və fəaliyyət mərkəzlərini dəstəkləməkdə birgə əməkdaşlığının davam etdirilməsini nəzərdə tutur

Ətraflı Oxu»

ABŞ Səfiri Litzenbergerin 2020-ci ilin Regional Enerji Təhlükəsizliyinə dair Simpoziumunda Etdiyi Çıxış

Bakı, Azərbaycan – Bu il Regional Enerji Təhlükəsizliyinə dair Simpoziumda çıxış etmək üçün mənə edilən dəvətə görə təşəkkür edirəm. Biz bu dəyərli tədbiri artıq üç ildir ki keçiririk. Keçən il tədbirdə iştirak edərək Azərbaycanın suverenliyinə, müstəqilliyinə və Avropada enerji təhlükəsizliyinə verdiyi töhfələrinə dair ABŞ-ın öhdəliyini yenidən vurğulamaqdan məmnun olmuşdum. Mən Dənizçilik Məktəbinə, ADA Universitetinə, SOCAR …

Ətraflı Oxu»

Jr.NBA Azərbaycan Liqasının yaradılması

Boyük məmnuniyyət hissi ilə Jr.NBA Azərbaycan Liqasının yaradılmasını vurğulamaq istəyirik. İlk dəfə Azərbaycanda dünyada məşhur, milyonlarla azarkeşi olan NBA-nın aşağı yaş qrupları üzrə birincilik keçiriləcək və azərbaycanlı məktəblilər bu liqada oynamaq imkanını qazanacaq. İnanırıq ki, Jr. NBA basketbolun inkişafına təkan verəcək və gənclərin basketbola olan marağını artıracaq. Liqanın ümumi Azərbaycan basketbol təcrübəsinə də töhfəsi böyük …

Ətraflı Oxu»

Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramının imzalanması

Səfir Litzenberger Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramının imzalanma tədbirində iştirak edib. İkili diplom proqramı təhsilin idarəolunması üzrə mütəxəssislərin hazırlanmasını nəzərdə tutur. Səfir Litzenberger çıxışında vurğuladı ki, yerli və ABŞ universitetlərinin birgə əməkdaşlığına dəstək Səfirliyin prioritetlərindən biridir. Səfir, həmçinin İngilis dilində ünsiyyət qurmağın üstünlüklərindən, İngilis dilinin qlobal iqtisadiyyatda önəmliyindən …

Ətraflı Oxu»

ABŞ-ın Azərbaycanda səfiri Erla Litzenberqer Şəhidlər Xiyabanını ziyarət edib

Bu gün 30 il bundan əvvəl yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan televiziyasının enerji bloku partladıldı, respublikada televiziya verilişləri dayandırıldı, telefon və radio xətləri kəsildi. Azərbaycan dünyadan təcrid edildi və 26,000 Sovet qoşunu Kremlin göstərişi ilə Bakıya daxil oldu. SSRİ öz varlığını qorumaq üçün bu cür tədbirlərə əl atdı və nəticədə rəsmi hesablamalara görə 800 …

Ətraflı Oxu»

Səfir Litzenbergerin Yeni İl təbriki

Səfir Litzenbergerin Azərbaycan xalqına ünvanladığı Yeni İl təbriklərini sizinlə bölüşürük! ABŞ Səfirliyində çalışanların adından sizə xoşbəxt və firavan Yeni İl arzulayırıq! Səfir Litzenbergerin Yeni İl Təbriki — New Year’s message from Ambassador Litzenberger Əziz dostlar, Səfir Litzenbergerin Azərbaycan xalqına ünvanladığı Yeni İl təbriklərini sizinlə bölüşürük! ABŞ Səfirliyində çalışanların adından sizə xoşbəxt və firavan Yeni İl arzulayırıq!🇦🇿🇺🇸🎄🇦🇿🇺🇸🎄🇦🇿🇺🇸🎄🇦🇿🇺🇸🎄🇦🇿🇺🇸🎄🇦🇿🇺🇸🎄🇦🇿🇺🇸🎄🇦🇿🇺🇸🎄Dear Friends, please enjoy this New Year’s message from Ambassador Litzenberger, and …

Ətraflı Oxu»

Səfir Litzenberger Salyan bölgəsinə səfər etmişdir

Səfər zamanı Şirvan Milli Parkını gəzmiş və yerli tələbələrlə görüşmək üçün Salyan Amerika Guşəsini ziyarət etmişdir. Şirvan Milli Parkında Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş ceyran kimi nadir növlərin və qışda bataqlıq ərazilərdə yuva qurmaq üçün buraya köçən gözəl flaminqoların olması cənab Səfirdə böyük təəssürat oyatdı. Səfir flora və faunanın özlüyündə mühafizəsinin vacibliyini, həmçinin Azərbaycanın iqtisadiyyatının …

Ətraflı Oxu»

ABŞ Müdafiə Nazirliyi tərəfindən dəstəklənən dörd aylıq ingilis dili kursu

Cümə günü Səfir Litzenberger Azərbaycan Silahlı Qüvvələrinin zabitləri üçün ABŞ Müdafiə Nazirliyi tərəfindən dəstəklənən dörd aylıq ingilis dili kursunun başa çatmasını məzunlarla birgə qeyd etdi. Bu, ABŞ Müdafiə Dili İnstitutunun (DLI) Müdafiə Nazirliyinin zabitləri üçün Səyyar Təlim Qrupları vasitəsi ilə 14-cü ingilis dili təlimidir. DLI ilə Azərbaycan Silahlı Qüvvələri Döyüş Kolleci əməkdaşlığı çərçivəsində isə dördüncü …

Ətraflı Oxu»

“Scale Up Accelerator” proqramı

Səfir Litzenberger Dr. Bita Ehdayi ilə birgə azərbaycanlı qadın sahibkarları üçün “Scale Up Accelerator” proqramını açıq elan etdi. Bu proqram sahibkar qadınlara öz biznesini böyütməyə və bu istiqamətdə faydalı biliklər qazanmağa kömək edəcək. Proqram yerli təşkilatlar və ABŞ Səfirliyi tərəfindən dəstəklənir.

Ətraflı Oxu»

Səfir Litzenberger BakuTel Sərgisini ziyarət edib

Səfir Litzenberger BakuTel Sərgisini ziyarət edərək ABŞ-ın Avigilon, Avirtel, Oracle və Seabak texnoloji şirkətlərinin təşkil etdikləri birgə pavilyonu ilə tanış olmuşdur. Butun sərgilər arasında birinci yeri qazanan bu pavilyona İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyeva da baş çəkiblər! Sonra BakuTel sərgisinin iştirakçıları üçün qəbula ev sahibliyi edən səfir Litzenberger Amerika şirkətlərinin etimadlı və etibarlı …

Ətraflı Oxu»

Səfir Litzenberger yerli işçilərə şükranlıq süfrəsi açıb

Şükranlıq bayramı ABŞ-da ən önəmli milli bayramlardan biri sayılır. Hər il noyabr ayının dördüncü cümə axşamında qeyd olunan bu bayram ruzi-bərəkətə görə “Təşəkkür günü” kimi qeyd olunur. Adətən amerikalılar bu bayram günü ailə üzvləri ilə bir masa arxasında toplaşır və minnətdarlıqlarını bildirirlər. Keçən həftə səfir Litzenberger səfirliyin amerikalı işçiləri ilə birgə yerli işçilərə şükranlıq süfrəsi …

Ətraflı Oxu»

Əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik” mövzusunda konfrans

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və ABŞ Səfirliyinin təşkilatçılığı ilə “Əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik” mövzusunda konfrans keçirilib. Konfransda çıxış edən Səfir Litzenberger bzines və dövlət strukturlarında kibertəhlükəsizliyin təmin edilməsi üçün lisenziyalı proqram təminatlarından istifadənin vacibliyini vurğulayıb. O, lisenziyasız proqramlardan istifadənin həm vaxt, həm də maliyyə itkisi ilə nəticələndiyini və dünyada belə proqramlardan istifadə …

Ətraflı Oxu»

Dövlət Departamentinin 230 illik yubileyi

Biz bu il iki xüsusi ildönümünü qeyd edirik: Dövlət Departamentinin 230 illik yubileyi və Azərbaycan Xarici İşlər Nazirliyi/Ministry of Foreign Affairs of Azerbaijan 100 illik yubileyi. Bu münasibətlə diplomatlarımızın şərəfinə Azərbaycan və Amerikanın bir neçə nəfər diplomatiya çempionuna həsr edilmiş video çarx hazırlamışıq. Diplomats Biz bu il iki xüsusi ildönümünü qeyd edirik: Dövlət Departamentinin 230 illik …

Ətraflı Oxu»

FLEX finalistləri ABŞ Səfirliyinə viza müsahibələrinə gəliblər

ABŞ-da 1 illik macəraya başlamağa hazırlaşan FLEX Programının finalistlərimizdən ibarət yeni qrupumuza uğurlar arzulayırıq! Bu gün FLEX finalistləri ABŞ Səfirliyinə viza müsahibələrinə gəliblər. Bir il ərzində FLEX tələbələri Amerika cəmiyyəti və dəyərləri haqqında öyrənərək, amerikalıları öz ölkələri və mədəniyyəti haqqında məlumatlandıracaqlar.

Ətraflı Oxu»

Səfir Litzenberger ABŞ-ın Corc Vaşinqton Universitetinin nümayəndələri ilə görüşüb

Səfir Litzenberger Azərbaycan və ABŞ arasında ali təhsil sahəsində əməkdaşlıq məsələlərini müzakirə etmək üçün ABŞ-ın Corc Vaşinqton Universitetinin və Azərbaycan Təhsil Nazirliyinin nümayəndələri ilə görüşüb. Biz iki ölkə arasında əməkdaşlıq üçün bu kimi imkanları daimi dəstəkləyirik!

Ətraflı Oxu»

Səfir Litzenberger USAID Azerbaijan tərəfindən maliyyələşdirilən konfransda iştirak etmişdir

Bu gün səfir Litzenberger USAID/Azerbaijan tərəfindən maliyyələşdirilən “Qadınlar üçün qadağan olunmuş peşələr: qadağaların aradan qaldırılmasının vaxtı deyilmi?” adlı konfransda iştirak etmişdir. Öz çıxışında səfir işə müraciət edənlərin cinsindən asılı olmayaraq bərabər imkanlara malik olmalarının vacibliyini vurğuladı.

Ətraflı Oxu»

Səfir Litzenberger və və USAID-in Missiya Direktoru Cey Sinqx Zaqatalaya səfər edib

Səfir Litzenberger və və USAID-in Missiya Direktoru Cey Sinqx Zaqatalaya səfər edib. Səfər zamanı ABŞ-ın qadın sahibkarlara və kənd təsərrüfatının inkişafına olan dəstəyi vurğulanıb. Səfir Litzenberger həmçinin sahibkarlarla görüşündə qadınların iş prosesində rolu, kənd təsərrüfatı, mövcud trendlər və ABŞ hökumətinin dəstəyi ilə regionda biznes imkanlarını genşləndirmək yollarını müzakirə edib. Səfir Litzenberger peşə bacarıqlarının artırılması üçün …

Ətraflı Oxu»

Səfir Litzenberger Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir

Səfir Litzenberger Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir Səfir Litzenberger Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir🇦🇿🇺🇸🇦🇿🇺🇸🇦🇿🇺🇸🇦🇿🇺🇸🇦🇿🇺🇸🇦🇿🇺🇸🇦🇿🇺🇸🇦🇿🇺🇸🇦🇿🇺🇸🇦🇿🇺🇸🇦🇿🇺🇸Ambassador Litzenberger congratulates Azerbaijani people on the occasion of Ramadan Posted by U.S. Embassy Baku / ABŞ-ın Azərbaycandakı Səfirliyi on Tuesday, June 4, 2019

Ətraflı Oxu»

Səfir Litzenberger TechFest Baku Festivalında iştirak edib

Rabitə və Yüksək Texnologiyalar və Nəqliyyat Nazirliyi ilə tərəfdaşlıq şəklində işləyən və Mars Akedimiyası tərəfindən dəstək alan Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi Bakıda ilk dəfə TechFest Festivalını təşkil etmişdir. TechFest Baku yerli “Maker”-lər üçün öz məhsullarını sərgiləmək, master-klasslarda iştirak etmək və layihələrini beynəlxalq münsiflər heyətinə çatdırmaq üçün geniş imkanlar təklif edib.

Ətraflı Oxu»

Səfir Li Litzenberqer məcburi köçkünlər üçün iftar tədbirinə ev sahibliyi edib

ABŞ-ın Azərbaycandakı Səfiri Li Litzenberqer Bakının Yeni Ramana qəsəbəsində məcburi köçkünlər üçün iftar tədbirinə ev sahibliyi edib. İftar süfrəsinə Şuşa rayon Malibəyli kənd məktəbində Səfirlik tərəfindən dəstəklənən ingilis dili proqramında iştirak edən uşaqların ailələri də iştirak edib. Səfir Litzenberqer öz çıxışında qeyd edib: “Tolerantlıq il boyu vacibdir, lakin Ramazan ayı ərzində bu və digər dəyərləri …

Ətraflı Oxu»

Səfir Litzenberger və Dövlət katibi köməkçisinin birinci müavini Logsdon 26-cı Xəzər Neft və Qaz Sərgisində iştirak ediblər

Səfir Litzenberger və Dövlət katibi köməkçisinin birinci müavini Logsdon 26-cı Xəzər Neft və Qaz Sərgisində iştirak etmiş və Azərbaycana investisiya gətirməkdə maraqlı olan ABŞ şirkətləri ilə görüşmüşdürlər. Sərgidə Səfir Litzenberger və Dövlət katibi köməkçisinin birinci müavini Logsdon Prezident Əliyevi Halliburton şirkətinin stendi qarşısında salamlamışdırlar.

Ətraflı Oxu»

Səfir Litzenberqer Qubada USAID-in dəstəklədiyi nümunəvi bağa və təlim mərkəzinə baş çəkib

Səfir Litzenberqer Qubada olarkən USAID-in dəstəklədiyi nümunəvi bağa və təlim mərkəzinə baş çəkib. Burada yerli fermerlər məhsuldarlığın artırılması yollarını öyrənilər. Həmin bağ 85-dən çox fermeri sağlam Quba alması, albalı, gavalı və armud verəcək virussuz meyvə tingləri ilə təmin edib.

Ətraflı Oxu»

Bakı Amerika Mərkəzində “Səfir Saatı” layihəsi çərçivəsində ABŞ-ın Azərbaycandakı səfiri Li Litsenberqer ilə görüş keçirildi.

Li Litsenberqer iştirakçılarla səfirliyə doğru uzanan hekayəsini bölüşdü və bu peşəyə müraciət edəcək hər bir tələbəyə dəyərli məsləhətlər verdi. Daha sonra Səfir Litsenberqer iştirakçıların suallarını cavablandırdı və onlarla xatirə şəkilləri çəkdirdi.

Ətraflı Oxu»

ABŞ Dövlət Katibinin köməkçisinin birinci müavini Peter Haas və Maliyyə Naziri Şərifov Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının iclasında

ABŞ Dövlət Katibinin İqtisadiyyat və Biznes Məsələləri üzrə köməkçisinin birinci müavini Peter Haas Azərbaycan Respublikasının Maliyyə Naziri Samir Şərifovla birgə, Bakıda keçirilən Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının iclasında iştirak edib. 2012-ci ildən etibarən ilk dəfədir ki tərəflər bu istiqamətdə danışıqlar aparır. İclasda iki ölkə arasında ticarət əlaqələrinin inkişafı və gücləndirilməsi, investisiya imkanları, Azərbaycanda həyata keçirilən iqtisadi …

Ətraflı Oxu»

ABŞ Səfiri Li Litzenberger Caspian Agro sərgisini ziyarət edib

ABŞ Səfiri Li Litzenberger Amerikanın doqquz şirkətinin qatıldığı və məhsul və xidmətlərini nümayiş etdirdikləri Caspian Agro sərgisini ziyarət edib. Brandt, Soil Biotics, Trece, Grow More, DTN, Nelson & Pade, Inc., Valent BioSciences, Harvest Right, LLC və WCC International öz məhsul və xidmətlərini təklif edirlər. Azərbaycan və Amerika şirkətləri arasında biznes əlaqələrin genişləndirilməsi Azərbaycanın sürətlə inkişaf …

Ətraflı Oxu»

Səfir Litzenberger Turan İnformasiya Agentliyi və Amerikanın Səsi-nə müsahibə verib

Səfir Litzenberger ilk tam həcmli müsahibəsini Turan İnformasiya Agentliyi və Amerikanın Səsi-nə verib. Müsahibəni aşağıda təqdim olunan linkə keçid edərək oxuya bilərsiniz: http://www.turan.az/ext/news/2019/5/free/Interview/en/80832.htm

Ətraflı Oxu»

Səfir Litzenberger öz iqamətgahında məzun olmuş və hazırda təcrübə proqramında iştirak edən gənclər üçün ziyafət axşamı təşkil etmişdi

Bir neçə il qabaq ABŞ Səfirliyi yerli tələbələr və universitet məzunları üçün təcrübə proqramına başlamışdı. Səfir Litzenberger öz iqamətgahında məzun olmuş və hazırda təcrübə proqramında iştirak edən gənclər üçün ziyafət axşamı təşkil etmişdi. Səfir gənclərin qarşısında çıxış edərkən onların səfirlik icması üçün nə qədər dəyərli olduğunu vurğuladı.

Ətraflı Oxu»

Səfir Litzenberger və mübadilə proqramlarının məzunları Abşeron yarımadasındakı çimərliklərin təmizlənməsi işində iştirak ediblər

Yer Günü, bizim evimiz olan Yer planetinin qorunmasının vacibliyini yada salan çox əhəmiyyətli bir gündür və ətraf mühitin gələcəkdə bizə dəstək ola bilməsini təmin etmək üçün səylərimizə yenidən baxılması vaxtıdır. Bu gözəl günü qeyd etmək üçün Səfir Litzenberger, ABŞ dövləti tərəfindən maliyyələşdirilən mübadilə proqramlarının məzunları və səfirliyin icma üzvləri Abşeron yarımadasındakı çimərliklərin təmizlənməsi işində iştirak …

Ətraflı Oxu»

Alumni Fair Təhsil sərgisi

ABŞ səfirliyinin mütəxəssislərindən və həmin universitetlərdə təhsil almış ABŞ məzularından nüfuzlu ABŞ universitetləri haqqında daha ətraflı məlumat almaq üçün “Alumni Fair” Təhsil Sərgisi təşkil olunub. Posted by U.S. Embassy Baku / ABŞ-ın Azərbaycandakı Səfirliyi on  Saturday, April 20, 2019

Ətraflı Oxu»

ABŞ Səfiri Litsenberqer NATO-un yaradılmasının 70-ci ildönümü ilə bağlı

ABŞ Səfiri Litsenberqer bu həftə qeyd olunan NATO-un yaradılmasının 70-ci ildönümünə və təşkilatın Azərbaycanla apardığı vacib tərəfdaşlıq barədə olan fikirlərini sizinlə paylaşır. NATO təşkilatını 70-ci ildönümü münasibətilə təbrik edirik! Ambassador Welcomes NATO’s 70th Anniversary ABŞ Səfiri Litsenberqer bu həftə qeyd olunan NATO-un yaradılmasının 70-ci ildönümünə və təşkilatın Azərbaycanla apardığı vacib tərəfdaşlıq barədə olan fikirlərini sizinlə paylaşır. NATO təşkilatını 70-ci ildönümü …

Ətraflı Oxu»

Səfir Litzenberger Azərbaycan Xalça Muzeyini ziyarət edib

Səfir Litzenberger Bakının ən məşhur turizm məkanlarından biri olan Azərbaycan Xalça Muzeyini ziyarət edib. Muzeyin direktoru Şirin Məlikova canab səfirə müxtəlif tarixi dövrlərə aid olan, fərqli toxuculuq üslubları ilə və müxtəlif materiallardan yaradılmış Azərbaycan xalçaları və kilimlərindən ibarət böyük kolleksiyanı təqdim edib.

Ətraflı Oxu»

Səfir Litzenberger Amerika Ticarət Palatasında çıxış edib

O çıxışında bildirib ki, Amcham Azərbaycanda xarici və yerli biznesin maraqlarını dəstəkləyir və təşviq edir. Amcham-ın Azərbaycanda möhkəm biznes əlaqələrinin qurulması və ölkəyə xarici sərmayənin cəlb edilməsi üçün dövlət qurumları ilə islahatları müzakirə etdiyini vurğuladı.

Ətraflı Oxu»

ABŞ səfirliyinin əməkdaşları Novruz bayramını qeyd edirlər

Amerikalı işçilərimizin azərbaycanlı həmkarları ilə birgə tongalın üzərindən tullanaraq bayramı qeyd etməyinə aid videonu sizinlə bölüşmək istəyirik. Novruz bayramınız mübarək! Novruz celebration Əziz Dostlar,Biz Amerikalı işçilərimizin azərbaycanlı həmkarları ilə birgə tongalın üzərindən tullanaraq bayramı qeyd etməyinə aid videonu sizinlə bölüşmək istəyirik. Novruz bayramınız mübarək!****************************************************Dear friends,Here’s a video featuring the U.S. Embassy’s American staff and their Azerbaijani colleagues …

Ətraflı Oxu»

Azərbaycana Təyin Edilən Səfirin Üç İldən Sonrakı Təəsürratları

Strateji Baxımdan Vacib Ölkədə ABŞ-ın Fəaliyyəti: Azərbaycana Təyin Edilən Səfirin Üç İldən Sonrakı Təəsürratları Bakı, Azərbaycanda Amerika Ticarət Palatası Çərşənbə, 28 Mart, 2018-ci il Hyatt Regency, Baku Ballroom, 12:00pm Natavan xanıma, Nurana və məni bu gün çıxış dəvət etdiyi üçün Amerika Ticarət Palatasının bütün üzvlərinə təşəkkür edirəm. Artıq üç ildən müddət olar ki, mən Azərbaycandakı …

Ətraflı Oxu»

ABŞ Məcburi Köçkün Gənclərə İngilis Dili Öyrənməyə Kömək Edir

Səfir Robert Sekuta, xanımı Ənn Sekuta, Nazirlər Kabinetinin numayəndəsi Məhəmməd Quliyevilə birlikdə Zəngilan rayonundan məcburi köçkünlər üçün olan 4 saylı məktəbinin “Bilik Qüvvətdir!” adlı məktəbdənkənar ingilis dili tədris proqramına başlayan 33 şagirdə qoşulub.  Bu proqram Zəngilan gənclərini ingilis dili bilikləri ilə təmin edəcək,  yeni təcrübə əldə etmək və qlobal iqtisadiyyatda daha güclü iştirak etmək üçün …

Ətraflı Oxu»

ABŞ Səfiri Salyan Amerika Güşəsinə Səfər Edib

Səfir Robert F. Sekuta Salyan rayonunun Mərkəzi Kitabxanasında yerləşən Amerika Güşəsinə səfər edib. C-b. səfir orada ingilis dili və təhsil proqramlarında iştirak edən və ABŞ-da təhsil ilə maraqlanan şagirdlərlə görüşüb. Amerika Güşəsi proqramına Azərbaycan Dillər Universitetində yerləşən ən böyük Bakı Amerika Mərkəzi, Gəncə, Kürdəmir, Salyan və Xaçmazda yerləşən regional Amerika Güşələri də daxildir. Bu Mərkəz …

Ətraflı Oxu»

ABŞ Səfirinin Amerika-Azərbaycan Ticarət Palatasının işgüzar naharı vaxtı etdiyi çıxışı

Xoş gördük.  Sizin hamınızı, və xüsusilə Amerika Birləşmiş Ştatlarından Azərbaycana indiyə qədər səfər etmiş ən böyük ticarət nümayəndə heyətinin üzvlərini bu gün burada salamlayıram. Azərbaycan öz müstəqilliyinə yenidən qovuşduqdan sonra, Birləşmiş Ştatların Azərbaycana qarşı siyasəti sabit olmuşdur: biz güclü, sabit, çiçəklənən, demokratik, müstəqil Azərbaycanın tərəfdarıyıq. Biz bu siyasətin Azərbaycan xalqının məqsədləri ilə üst-üstə düşdüyünə inanır …

Ətraflı Oxu»

Səfir Sekutanın Doktor. Lütfi Zadənin anma mərasimində etdiyi çıxışı

Mən kürsüyə hüznlə qalxmışam. Həvəskar tarixçi, humanitar elmlər üzrə təhsil almış tələbə, riyaziyyata qarşı fobiası olan birinə dünyanın ən görkəmli riyaziyyatçısı, ixtiraları, təxəyyülü, fikirləri elektronika və informatika sahələrinə ölçüyəgəlməz təsir göstərmiş, artmaqda olan müasir texnologiyalar üçün baza rolunu oynamış şəxsiyyət barədə danışmaq həvalə olunmuşdur. Lütfi Zadə elə bir şəxsiyyətdir ki, onun nailiyyətləri həm amerikalılar, həm …

Ətraflı Oxu»

ABŞ Səfiri Xaçmaz Amerika Güşəsini Açır

Səfir Sekuta Xaçmaz Mərkəzi Kıtabxanasında yerləşən Amerika güşəsini açdı. Cənab Səfir çıxışında  Güşənin yerli icma üçün vacibliyini qeyd etmişdir. Açılış mərasimində Xaçmaz rayonu İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin nümayəndələri də iştirak etmişdilər. Səfir kitabxanaya yeni avadanlıq, texnika və lazımı materialları hədiyyə etmişdir. Güşə ingilis dilini öyrənmək və təhsil proqramları üçün açıq elan olundu. Cənab Səfir …

Ətraflı Oxu»

Səfir Sekuta ANAMA və NATO tərəfindən təşkil olunmuş beynəlxalq konfransda iştirak edib

Səfir Sekuta, Baş nazirin müavini Abid Şərifov, NATO-nun Siyasi Məsələlər üzrə Baş katibin müavini cənab Ceyms Appaturay və ANAMA təşkilatının direktoru cənab Qəzənfər Əhmədovla birgə ANAMA və NATO tərəfindən təşkil olunmuş beynəlxalq konfransda iştirak edib.  Tərəflər NATO-nun TPF Trast Fondu vasitəsilə Azərbaycanın Ceyrançöl kəndində humanitar minatəmizləmə layihəsinin hazırkı durumunu müzakirə ediblər. 1999-cu ildən etibarən ABŞ …

Ətraflı Oxu»

Səfir Sekuta: Vinzor Yarmarkası Azərbaycanla Meyn fermerlərinin Ortaq Cəhətlərini Vurğulamaq Üçün Gözəl Fürsətdir

Azərbaycan ərazisi təxminən Birləşmiş Ştatların uzaq şimal-şərqində yerləşən Meyn ştatının ərazisi ilə eynidir. Mən və həyat yoldaşım Enn Meyndə yerləşən ağac fermasının sahibiyik və biz ailə üzvlərimizlə birgə buraya tez-tez səyahət edir, təbiətin gözəlliyini sehr edirik. Azərbaycanda olduğu kimi, Meyndə kənd təssərüfatı, xüsusilə kiçik fermalar ailələrin gəlirinin vacib mənbəi və ənələlərin qorunması yollarından biridir. Bu …

Ətraflı Oxu»

Səfir Sekutanın ABŞ Səfirliyində keçirilən 4 iyul bayramında etdiyi cıxışı

Hörmətli cənab nazir, zati-aliləri, dostlar 4 iyul tədbirinə xoş gəlmişsiniz. Bizimlə birgə olduğunuz üçün təşəkkür edirəm. Bu il ABŞ müstəqilliyinin 241-ci, Azərbaycanla diplomatik əlaqələrin 25-ci ildönümünü qeyd edirik. Bu il Azərbaycanın 1918-ci ildə müstəqil dövlət olmasının 99-cu ildönümüdür. Bu dövlət digər nailiyyətlərlə yanaşı qadınlara səsvermə hüququ verən ilk müsəlman respublika olmuşdur. Bu vacib, demokratik addım …

Ətraflı Oxu»

Səfir Robert Sekutanın iqamətgahında təşkil olunmuş İftar süfrəsində etdiyi çıxışı

Salam aleykum, Hörmətli dini icmalarının rəhbərlərini, hökumət nümayəndələrini və diplomat həmkarlarımı və xüsusilə bu axşam bizə qatılan Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Rəşad Əliyarlını salamlamaq istəyirəm. Mən və mənim oğullarım müsəlman təqviminin ən müqəddəs ayı olan Ramazan ayını sizinlə qeyd etməyə şadıq. Bu ay bizə ibadət və etiqad barədə dərindən düşünmək fürsəti verən, şəfqət və …

Ətraflı Oxu»

Səfir Robert Sekutanın iqamətgahında təşkil olunmuş İftar süfrəsində etdiyi çıxışı

Salam aleykum, Hörmətli dini icmalarının rəhbərlərini, hökumət nümayəndələrini və diplomat həmkarlarımı və xüsusilə bu axşam bizə qatılan Qafqaz Müsəlmanları Şurasının Sədr müavini Rəşad Əliyarlını salamlamaq istəyirəm. Mən və mənim oğullarım müsəlman təqviminin ən müqəddəs ayı olan Ramazan ayını sizinlə qeyd etməyə şadıq. Bu ay bizə ibadət və etiqad barədə dərindən düşünmək fürsəti verən, şəfqət və …

Ətraflı Oxu»

Bakı Amerika Mərkəzinin 10-cu ildönümü

ABŞ-ın Azərbaycandakı Səfirliyi Amerika Mərkəzinin yüzlərlə heyəti, könüllülər və rəhbərləri ilə birlikdə Bakı Amerika Mərkəzinin Baku American Center 10-cu ildönümünü qeyd edir. Tədbir zamanı səfir Sekuta Amerika Mərkəzinin uğurlarından və eləcə də Azərbaycanla davamlı əməkdaşlıqdan danışıb. Son on il ərzində Amerika Mərkəzinin tədbirlərində və proqramlarında 250,000-dən çox nəfər iştirak etmişdir.

Ətraflı Oxu»

Səfir Sekuta OTC konfransında iştirak edib

Energetika naziri Natiq Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Hyustonda Dənizdə Texnologiyalar konfransında (Offshore Technologies Conference/OTC 2017) iştirak edib. Azərbaycanın 16 nümayəndəsi konfransa qatılaraq digər ölkələrdən gələn neft sahəsi üzrə mütəxəssislərlə tanış olmaq və fikir mübadiləsi aparmaq imkanı əldə ediblər. Səfir Sekuta da konfransda iştirak edərək ABŞ şirkətlərinə Azərbaycanın enerji sektoru və ölkədəki biznes imkanları …

Ətraflı Oxu»

Səfir Robert Sekutanın APA İnformasiya Agentliyinə eksklüziv müsahibəsi

Cənab səfir, energetika naziri Natiq Əliyevlə sonuncu görüşünüzdə mayın əvvəlində keçiriləcək Hyuston Offşor Texnologiya Konfransı barədə fikir mübadiləsi aparmışdınız. Qeyd etmişdiniz ki, bu tədbir dəniz ehtiyatları və ətraf mühit məsələləri üzrə elmi-texniki biliklərini təkmilləşdirmək məqsədilə enerji mütəxəssislərinin fikir mübadiləsi apardıqları mühüm bir platformadır. Bununla yanaşı, SOCAR-ın timsalında Azərbaycanın konfransda iştirakının vacibliyini diqqətə çatdırmışdınız. Bu günə …

Ətraflı Oxu»

Səfir Robert Sekutanın Trend İnformasiya Agentliyinə eksklüziv müsahibəsi

Azərbaycanla ABŞ arasında münasibətlər daha da yaxşılaşır və tərəflər müxtəlif istiqamətlər üzrə birgə çalışır. Bunu iki ölkə arasında diplomatik münasibətlərin 25 illiyi münasibətilə Trend-ə eksklüziv müsahibəsində ABŞ-ın Bakıdakı səfiri Robert Sekuta deyib. Səfir qeyd edib ki, ABŞ Azərbaycanın güclü, stabil, müstəqil, çiçəklənən və demokratik ölkə olmasında maraqlıdır: “Biz bu məqsədə nail olmaq üçün önəminə görə …

Ətraflı Oxu»

Səfir Sekutanın ABŞ Səfirliyində keçirilən 4 iyul bayramında etdiyi cıxışı

C-b. Nazir zati-aliləri əziz dostlar dörd iyul tədbirinə xoş gəlmisiniz! Gəldiyiniz üçün təşəkkür edirəm! Bu il iki vacib yubileyi qeyd edirik: Amerikanın müstəqilliyinin iki yüz qırxıncı Azərbaycanın müstəqilliyinin iyirmi beşinci yubileyi. İki ölkəni birləşdirən cəhətlər əlaqələrimizin inkişafı birgə hansı nəticələr əldə edə biləcəyimiz haqda düşünmək vaxtıdır. Birləşmiş Ştatlar (ABŞ) min doqquz yüz doxsan birinci ildən …

Ətraflı Oxu»
Ətraflı Göstər ∨