Səfir Litzenberger BakuTel Sərgisini ziyarət edərək ABŞ-ın Avigilon, Avirtel, Oracle və Seabak texnoloji şirkətlərinin təşkil etdikləri birgə pavilyonu ilə tanış olmuşdur. Butun sərgilər arasında birinci yeri qazanan bu pavilyona İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyeva da baş çəkiblər! Sonra BakuTel sərgisinin iştirakçıları üçün qəbula ev sahibliyi edən səfir Litzenberger Amerika şirkətlərinin etimadlı və etibarlı …
Ətraflı Oxu»
tərəfindən U.S. Embassy Baku | 6 Dekabr, 2019 | Yazılar Filtri: ABŞ və Azərbaycan, Biznes, Elm & Texnologiya, İqtisadi Əlaqələr, Səfir, Tədbirlər, Ticarət, Ticari Əlaqələr, Ticari İmkanlar
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və ABŞ Səfirliyinin təşkilatçılığı ilə “Əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik” mövzusunda konfrans keçirilib. Konfransda çıxış edən Səfir Litzenberger bzines və dövlət strukturlarında kibertəhlükəsizliyin təmin edilməsi üçün lisenziyalı proqram təminatlarından istifadənin vacibliyini vurğulayıb. O, lisenziyasız proqramlardan istifadənin həm vaxt, həm də maliyyə itkisi ilə nəticələndiyini və dünyada belə proqramlardan istifadə …
Ətraflı Oxu»
tərəfindən U.S. Embassy Baku | 12 Noyabr, 2019 | Yazılar Filtri: ABŞ və Azərbaycan, Çıxışlar, Elm & Texnologiya, Əsas Sənədlər, Səfir, Tədbirlər
ABŞ-ın Azərbaycandakı səfirliyinin İqtisadiyyat şöbəsinin əməkdaşı Kris Van Tassel 28-30 avqust tarixlərində Bakı Olimpiya Stadionunda keçiriləcək AZCLOUD Hackathon yarışının iştirakçılarını salamladı. İyirmi komanda bir sıra texniki tapşırıqlar üzrə mübarizə aparacaq və qalib gələn komanda 10.000 manat pul mükafatı alacaq.
Ətraflı Oxu»
tərəfindən U.S. Embassy Baku | 28 Avqust, 2019 | Yazılar Filtri: ABŞ və Azərbaycan, Çıxışlar, Elm & Texnologiya, Tədbirlər, Təhsil
Rabitə və Yüksək Texnologiyalar və Nəqliyyat Nazirliyi ilə tərəfdaşlıq şəklində işləyən və Mars Akedimiyası tərəfindən dəstək alan Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi Bakıda ilk dəfə TechFest Festivalını təşkil etmişdir. TechFest Baku yerli “Maker”-lər üçün öz məhsullarını sərgiləmək, master-klasslarda iştirak etmək və layihələrini beynəlxalq münsiflər heyətinə çatdırmaq üçün geniş imkanlar təklif edib.
Ətraflı Oxu»
tərəfindən U.S. Embassy Baku | 3 İyun, 2019 | Yazılar Filtri: ABŞ və Azərbaycan, Elm & Texnologiya, Səfir, Tədbirlər, Təhsil, Uğur Hekayələri
Mən kürsüyə hüznlə qalxmışam. Həvəskar tarixçi, humanitar elmlər üzrə təhsil almış tələbə, riyaziyyata qarşı fobiası olan birinə dünyanın ən görkəmli riyaziyyatçısı, ixtiraları, təxəyyülü, fikirləri elektronika və informatika sahələrinə ölçüyəgəlməz təsir göstərmiş, artmaqda olan müasir texnologiyalar üçün baza rolunu oynamış şəxsiyyət barədə danışmaq həvalə olunmuşdur. Lütfi Zadə elə bir şəxsiyyətdir ki, onun nailiyyətləri həm amerikalılar, həm …
Ətraflı Oxu»
tərəfindən U.S. Embassy Baku | 29 Sentyabr, 2017 | Yazılar Filtri: ABŞ və Azərbaycan, Elm & Texnologiya, Səfir, Xəbərlər
ABŞ-ın Azərbaycandakı Səfirliyi Amerika Mərkəzinin yüzlərlə heyəti, könüllülər və rəhbərləri ilə birlikdə Bakı Amerika Mərkəzinin Baku American Center 10-cu ildönümünü qeyd edir. Tədbir zamanı səfir Sekuta Amerika Mərkəzinin uğurlarından və eləcə də Azərbaycanla davamlı əməkdaşlıqdan danışıb. Son on il ərzində Amerika Mərkəzinin tədbirlərində və proqramlarında 250,000-dən çox nəfər iştirak etmişdir.
Ətraflı Oxu»
tərəfindən U.S. Embassy Baku | 2 İyun, 2017 | Yazılar Filtri: American Spaces, Elm & Texnologiya, Mədəniyyət & İncəsənət, Səfir, Səfirlik, Təhsil