İcma Quruculuğu Təşəbbüsləri Proqramı

PROQRAMIN TƏSVİRİ

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi yerli icmaların inkişafı və inklüziv tərəqqini artırmaq məqsədilə icma quruculuğu üçün təşəbbüslərə dəstək proqramına sənəd qəbulu elan edir. Proqram ictimai təşkilatların inkişafına tövhə verən dəyərlərin genişlənməsinə xidmət edən kiçik layihələri maliyyələşdirir. Proqram həmçinin Azərbaycanda firavanlıq və rifahın yaxşılaşdırılması məqsədilə yeni fərdi təşəbbüsləri də dəstəkləyir.  Müsabiqədə açıq, tolerant və inklüziv cəmiyyətin yaradılmasına, icmaların çox-şaxəli inkişafına və iqtisadi yüksəlişə yönəlmiş innovativ icma quruculuğu təşəbbüslərinə dair təfərrüatlı təkliflər iştirak edə bilər. İcma Quruculuğu Təşəbbüsləri Proqramı aşağıdakı mövzuları əhatə edəcək:

  • Gənclərin növbəti nəsl liderlərinə çevrilməsinə yardım üçün tərəqqi imkanlarının gücləndirilməsi proqramları;
  • İctimai iştirakı, könüllülüyü və icma assosiasiyalarını inkişaf etdirən layihə və platformalar vasitəsilə güclü icmaların qurulması;
  • İcmalarda tolerant, multikultural, müxtəlif çoxşaxəli dünyabaxışlarının inkişafı və zorakılığa çağıran mesajların qarşısının alınması;
  • Məhdud imkanlı əhali qruplarının inkişafı, onlara hüquqi yardımın göstərilməsi və onların problemlərinə diqqət çəkmək üçün layihələr də daxil olmaqla, imkanların yaradılması üçün səylərin göstərilməsi;
  • Sahibkarlara, xüsusilə də qadınların və gənclərin iqtisadi imkanlarının və potensiallarının artırılmasına dəstək;
  • İctimai institutların qurulması və sosial iqtisadi inkişafın genişlənməsində rolunun yüksəldilməsi üçün vətəndaş cəmiyyətinin gücləndirilməsi;
  • Icma əsaslı layihələr və ətraf mühitin qorunması üçün müvəkkillik işi vasitəsilə gələcək nəsli ətraf mühitin qorunmasına təlqin etmək.

İştirakçılar və auditoriya:

Potensial layihələr üçün nəzərdə tutulan hədəf qruplarına qaçqın və məcburi köçkünlər daxil olmaqla məhdud imkanlı icmalar, qadın və qızlar, əlilliyi olan şəxslər və gənclər daxildir.

FEDERAL MALİYYƏ VƏSAİTİNƏ DAİR MƏLUMAT

  • İcra müddətinin uzunluğu: ən çoxu 12 ay
  • Təqdim olunan maliyyə vəsaitlərinin sayı: mövcud pul vəsaitlərinə görə orta hesabla 10-12 qədər maliyyə vəsaiti
  • Vəsaitin məbləği: vəsaitlər minimum 5,000 ABŞ dollarından maksimum 24,000 ABŞ dollarına qədər dəyişə bilər.
  • Maliyyələşmə növü: FY 20/FY 21 AEECA maliyəsi
  • Proqramın nəzərdə tutulan başlanğıc tarixi: may 2021-ci il

Təqdimetmə tarixləri və vaxtları

Ərizələr 10 aprel, 2021 tarixinədək təqdim edilməlidir.

 

PROQRAM HAQQINDA ƏTRAFLI MƏLUMAT