Müvvəqqəti işlər vəkilinin İnsan Hüquqları Günü bəyanatı
Biz İnsan Hüquqları Günündə1948-cı ildə dünya tarixinin ən dağıdıcı müharibəsinin sonunda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul olunanmasını xatırlayırıq. Bu gün hüquq müdafiəçiləri, jurnalistlər, vətəndaş cəmiyyətinin digər üzvlərinin insan hüqularına və fundamental azadlıqlara hörmətin artırılması, hökumətin şəffaflıq və məsuliyyətınin təminatı, habelə ədalətə bərabar çıxışın əldə olunması sahəsində yorulmadan çalışırlar. Ətraf mühitin qorunması, habelə tam qadın və qızların, LGBT və qeyri-binar genderli insanların, əlilliyi olan insanların və yerli insanların hüquqlarının müdafiəsi sahəsində çalışanlar hücumlara daha çox məruz qalır.
Prezident Bayden tam açıq şəkildə bəyan etmişdir ki, həm çoxtərəfli münasibətlər çərçivəsində, həm də beynəlxalq müstəvidə biz dünya dövlətlərinə çağırış edərək insan hüquqlarına hörmətin artmasını təmin etmək, habelə insan hüquqları və demokratiya sahəsinin ön xəttində çalışan hüquq müdafiəçilərinin, jurnalistlərin və vətəndaş cəmiyyətinin fəallarının müdafiəsinə zəmanət verməliyik. İnsan Hüquqları Günündə biz hər kəsin insan hüquqlarına hörmət edilməsində, inkişafında və müdafiə olunmasında yetərincə fəaliyyət göstərmişikmi deyə özümüzü sorğulamalıyıq.