Flag

An official website of the United States government

təfərindən
1 Qısa icmal
Dekabr 10, 2023

İnsan Hüquqlarının Ümumdünya Bəyannaməsinin 75 illik yubileyi

İnsan Hüquqları Günü münasibətilə Avropa İttifaqının Nümayəndəliyi, Böyük Britaniya Səfirliyi, İsveçrə Səfirliyi və ABŞ-ın Azərbaycandakı Səfirliyi vətəndaş cəmiyyəti, hüquq müdafiəçiləri və hökumət tərəfdaşları ilə tarixdə ilk dəfə olaraq insan hüquqlarının universal, bölünməz və ayrılmaz olduğunu ifadə edən İnsan Hüquqlarının Ümumdünya Bəyannaməsinin 75 illik yubileyini qeyd etmək üçün bir araya gəlməkdən məmnundurlar. Bu birgə fəaliyyətlə biz Avropa İttifaqı, İsveçrə, Böyük Britaniya və ABŞ-ın insan hüquqlarının qlobal şəkildə həyata keçirilməsinə sadiq olduqları və hamı üçün əsas azadlıqların müdafiəsi tərəfdarı olduqları barədə kəskin mesajımızı gücləndiririk.