Tehranda Azərbaycan səfirliyinə edilən hücumu pisləyirik
Dövlət Departamentinin Sözçüsü Ned Praysın Bəyanatı
Amerika Birləşmiş Ştatları bu gün səhər saatlarında Tehranda Azərbaycan səfirliyinə edilən hücumu pisləyir. Biz Azərbaycan Prezidenti İlham Əliyevin bu qəbuledilməz zorakılığın təcili araşdırılması ilə bağlı çağırışını dəstəkləyirik. Bu gün həlak olan şəxsin və yaralananların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. İstənilən yerdə diplomatlara və ya diplomatik nümayəndəliklərə qarşı hər hansı hücum qəbuledilməzdir. İran hökumətinə “Diplomatik əlaqələr haqqında” Vyana Konvensiyasına uyğun olaraq İrandakı xarici diplomatları qorumaq barədə məsuliyyətini xatırladırıq.