Flag

An official website of the United States government

COVID-19 qlobal fəaliyyət haqqında görüş
təfərindən
3 Qısa icmal
Fevral 15, 2022

 

Dövlət katibi Blinken

COVID-19 pandemiyasının üçüncü ilinə qədəm qoyarkən, Omicron variantının sürətlə yayılması bütün dünyaya geniş təsir göstərmişdir və qlobal cavab tədbirlərindəki boşluqlar bu böhranla mübarizə səylərimizə mane olur. COVID-19 pandemiyasının kəskin mərhələsinə son qoymaq ABŞ üçün əsas prioritetdir, lakin biz bunu təkbaşına edə bilmərik.

Biz bu mübarizənin təxirəsalınmazlığını bilirik. Pandemiyanı dayandırmaq üçün nə etməli olduğumuzu bilirik. İndi biz bunu etməliyik. Artırılmış öhdəliklər, daha yaxşı donor koordinasiyası və fəaliyyət yönümlü rəhbərlik təcili və vacibdir. 

Bu pandemiya yalnız səhiyyə böhranı deyil. Bu həm də humanitar, inkişaf və təhlükəsizlik böhranıdır. Səhiyyə təhlükəsizliyi milli təhlükəsizlikdir və xarici işlər nazirləri bu pandemiyanın kəskin mərhələsinə son qoymaqda və gələcəyə hazırlaşmaqda mərkəzi rol oynamalıdırlar.