Flag

An official website of the United States government

təfərindən
1 Qısa icmal
Fevral 1, 2023

Dövlət katibinin enerji resursları bürosunun köməkçisinin müavini Laura Lokman Azərbaycana səfər edəcək

Dövlət katibinin enerji resursları bürosunun köməkçisinin müavini Laura Lokman hökumət rəsmiləri ilə görüşlər keçirmək və IX Cənub Qaz Dəhlizi Nazirlər Şurasının iclasında iştirak etmək üçün fevralın 1-4-də Azərbaycana səfər edəcək. Xanım Lokman Dövlət Departamentinin Enerji Resursları Bürosunda Enerji Diplomatiyası komandasına rəhbərlik edir. O, Azərbaycanın enerji layihələrinə ABŞ-nin dəstəyini, eləcə də Cənub Qaz Dəhlizi də daxil olmaqla, Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə Azərbaycanın əhəmiyyətini müzakirə edəcək.