ABŞ-ın Energetika Resursları Bürosu katibinin köməkçisinin müavini Laura Lokman Azərbaycana səfər edib.
ABŞ-ın Energetika Resursları Bürosu katibinin köməkçisinin müavini Laura Lokman hökumət rəsmiləri ilə görüşlərdə və “Bakı Enerji Həftəsi” tədbirində iştirak etmək üçün 30 may -2 iyun tarixlərində Azərbaycana səfər edəcək. Dövlət katibinin köməkçisinin müavini Laura Lokman Dövlət Departamentinin Energetika Resursları Bürosunun Enerji Diplomatiyası komandasına rəhbərlik edir. Energetika Resursları Bürosunun əsas vəzifələrdən biri ABŞ-ın Azərbaycanla və digər ölkələrlə enerji əlaqələrinin gücləndirilməsidir.