Dövlət Katibinin Müavini Olson Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcək, Bakıda missiya rəhbərlərinin konfransında iştirak edəcək

ABŞ-ın Avropa və Avrasiya Məsələləri üzrə Dövlət Katibinin Köməkçisinin Müavini Erika Olson Azərbaycana səfər edəcək. O, hökumət rəsmiləri ilə görüşlər keçirəcək və aprelin 27-28 Bakıda yer alan missiya rəhbərlərinin konfransına qatılacaq. Sözügedən konfransda ABŞ-ın Azərbaycandakı Səfiri Erl Litzenberqer, ABŞ-ın Gürcüstandakı Səfiri Kelli Deqnan, ABŞ-ın Ermənistandakı Səfiri Linn Treysi, USAİD təşkilatının Administratorunun Köməkçisinin Müavini Mark Simakovski, ABŞ-ın Avropa və Avrasiya Yardım Məsələləri üzrə İcraçı Koordinatoru Qreq Naarden, və Qavqaz Dadışıqlarına dair Baş Məsləhətçi Endryu Şofer iştirak edəcək. Missiya rəhbərlərinin konfransları müntəzəm keçirilir. Sön konfransa  ABŞ-ın İrəvandakı səfirliyi 2021-ci ildə ev sahibliyi etmişdir. ABŞ-ın Bakıdakı və Tiflisdəki səfirlikləri 2019 və 2018 illərdə keçirilən konfransları təşkil etmişdi. COVİD-19 səbəbindən 2020-ci ildə konfrans keçirilməmışdir.