Data Jurnalistikası kursu

Data jurnalistikası artıq yeni bir konsepsiya deyil. Media vasitələrinin hadisələrin geniş auditoriyaya çatdırılmasında datadan istifadə etmələri artıq normal təcrübəyə çevrilib və peşəkar jurnalistlər gündəlik olaraq işlərini zənginləşdirmək üçün datadan istifadə edirlər. Avrasiya Əməkdaşlıq Fondu və Qafqaz Tədqiqat Resurs Mərkəzi data savadlılığının əhəmiyyətini nəzərə alaraq  altı (6) seminardan ibarət olan pulsuz  Data Jurnalistika Kursunu başlayır. Seminarlar ayda bir dəfə olmaqla 2017-ci ilin dekabrından 2018-ci ilin may ayına qədər keçiriləcəkdir. İlk seminar Data Vizuallaşdırmasına həsr olunacaq və 2017-ci ilin 4-5 dekabr tarixlərində keçiriləcəkdir. Digər beş seminarın vaxtı yanvar ayında açıqlanacaq.

Kurs bu mövzuları əhatə edəcəkdir : xəbərlərdə datanın rolu, data jurnalistikası üçün lazım olan bacarıqlar, müvafiq datanın toplanması və təmizlənməsiı, mövzuların  müəyyənləşdirmək üçün datanın analizi metodları və datanın təqdim edilməsi. Seminarlar yerli təlimçilər tərəfindən Azərbaycan dilində  və Azərbaycan dilinə eyni vaxtda tərcüməsi olan beynəlxalq təlimçilər tərəfindən keçiriləcəkdir.

6 seminarın hər birinə qatılan iştirakçılar kursun təşkilatçıları olan EPF / CRRC və ABŞ-ın Bakıdakı səfirliyi tərəfindən Sertifikatla təltif olunacaqlar.

Data Jurnalistika Kursuna kimlər müraciət edə bilər: Azərbaycanda onlayn, çap və yayım media qurumlarında çalışan jurnalistlər; jurnalistika ixtisası üzrə təhsil alan magistr  və bakalavr proqramının sonuncu kurs tələbələri.

Data Vizuallaşdırması seminarının tarixi və saatı: 4-5 dekabr 2017 (Bazar ertəsi və Çərşənbə axşamı), tam gün (10:00 – 18:00)

Məkan: Bakı, dəqiq yer bu tarixə yaxın elan olunacaq

Data Vizuallaşdırması seminarının təqdimatçıları:  Oksford Universiteti Miqrasiya, Siyasət və Cəmiyyət Mərkəzi (COMPAS)  Rob McNeil və William Allen. http://www.compas.ox.ac.uk/

Təqdimatçıların bioqrafiyaları: Rob McNeil (http://www.compas.ox.ac.uk/people/rob-mcneil/) və William Allen (http://www.compas.ox.ac.uk/people/william-allen/)

Seminarda iştirak sayı limitlidir. Qeydiyyatdan keçmək üçün bu qısa formu (http://bit.ly/2ijnnVh) 26 Noyabr, Bakı vaxtı ilə saat 17: 00-a qədər doldurmalısınız.  Xahiş edirik nəzərə alasınız ki, üstünlük 6 seminarın hər birində iştirak edə biləcək namizədlərə veriləcək.

Data Vizuallaşdırması seminarının təşkilatçıları: ABŞ-ın Bakıdakı səfirliyinin dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və Beynəlxalq Miqrasiya Siyasəti İnkişaf Mərkəzi