Flag

An official website of the United States government

Missiya rəhbərinin müavini Hüqo Qevara
təfərindən
3 Qısa icmal
May 11, 2022

Missiya rəhbərinin müavini Hüqo Qevara 29 iyun 2022-ci ildə ABŞ-nin Bakıdakı Səfirliyində missiya rəhbərinin müavini vəzifəsinin icrasına başlayıb. O, bundan öncə Qvatemalada Beynəlxalq Narkotiklər və Hüquq Mühafizə bölməsində direktor qismində ABŞ ilə təhlükəsizlik və qanunun aliliyi sahəsində əməkdaşlıq məsələlərinə rəhbərlik edib. O, Qvatemaladan öncə Vaşinqtonda səfir Deyvid H. Tornun baş müşaviri qismində Qərb yarımkürəsi və Avropada Dövlət Departamentinin Birgə Tərəqqi Gündəliyinin icrası ilə məşğul olub.

C-b. Qevara Şimali Avropa və Baltik Məsələləri İdarəsində direktor müavini işləyib və bir il Floridadan olan senator Marko Rubionun xarici siyasət məsələləri üzrə müşaviri qismində geniş səpkili xarici işlər ilə məşğul olub. O, Dövlət Departamentinin 24 saat fəaliyyət göstərən Əməliyyat Mərkəzində baş nəzarətçi əməkdaş və ABŞ-nin Berlindəki Səfirliyində Hərbi-Siyasi Məsələlər bölməsinin rəis müavini işləyib.O, bu təyinatdan öncə Vaşinqtonda Dövlət Departamentində Almaniya siyasi məsələləri üzrə, həmçinin ABŞ-nin Moskvadakı Səfirliyində və ABŞ-nin Ekvadorun Quayakil şəhərindəki Konsulluğunda məsul əməkdaş olub.

C-b. Qevara Notr-Dam Universitetində bakalavr dərəcəsi və Con Hopkins Universitetinin Qabaqcıl Beynəlxalq Araşdırmalar Məktəbində (SAIS) magistr dərəcəsi alıb.