Dövlət Katibinin Müavini Con Sallivanın Novruz təbriki

Bahar gəldikdə, mən iranlıların və bu gözəl ənənəni qeyd edən hər kəsin Novruz bayramını təbrik edirəm.

Bu gün Birləşmiş Ştatlarda, o cümlədən Əfqanıstanda, Çində, Gürcüstanda, Hindistanda, İranda, İraqda, Qazaxıstanda, Qırğızstanda, Pakistanda, Rusiyada, Suriyada, Tacikistanda, Türkmənistanda, Özbəkistanda və bütün dünyada bu bayramı qeyd etməklə süfrə ətrafına toplaşan, rəqs edən, mahnı oxuyan və vaxtını öz ailəsi və dostları ilə keçirən hamıya öz xoş arzularımı çatdırıram.

Novruz ötən hadisələri dəyərləndirməyin vaxtıdır. Ötən il mən öz azadlığı, ləyaqəti və insan hüquqları uğrunda etiraz edərək öz səsini ifadə edən İran xalqından ilham aldım. Birləşmiş Ştatlar öz azadlıqlarını, dinini və sülh tolantı hüquqlarını bərpa etmək istəyənləri dəstəkləyir.

Nəhayət, Novruz gələcək üçün öz ümidlərini əks etdirməyin vaxtıdır. Qoy qarşıdan gələn il hamıya sülh, azadlıq və rifah gətirsin.

Veb-saytın idarə edilməsi Departamenti, İctimai İşlər üzrə Büro bu saytdan ABŞ Dövlət Departamentindən alınan məlumatlar üçün portal qismində istifadə edir.

Digər internet saytlarına olan xarici linklər orada əks olunan fikirlərin və ya məxfilik siyasətinin təsdiqlənməsi kimi qəbul edilməməlidir.