Birləşmiş Ştatlar Azərbaycanla diplomatik əlaqələri 1992-ci ildə, müstəqillik dövründə qurub. Dövlət katibi Beyker 1992-ci il fevralın 12-də Azərbaycanda səfərdə olmuşdur. Prezident Corc H.V. Buş 1992-ci il fevralın 19-da mətbuata açıqlamasında bu qərarı elan etdi. ABŞ-ın Bakıdakı səfirliyi 1992-ci il martın 16-da açıldı, Robert Finn müvəqqəti işlər vəkili təyin edilmişdi.
Ölkələrimiz Avropanın enerji təhlükəsizliyini təşviq etmək, ikitərəfli ticarət və sərmayələri genişləndirmək, terrorizm və transmilli təhdidlərlə mübarizə aparmaq üçün birlikdə çalışırlar. Birləşmiş Ştatlar Azərbaycanda demokratiyanın möhkəmləndirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə yardım etmək öhdəliyinə sadiqdir. Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin, ATƏT-in Minsk Qrupu vasitəçiliyi də daxil olmaqla, uzunmüddətli və davamlı siyasi həllinin həyata keçirilməsi səylərini qətiyyətlə dəstəkləyir və regional sabitlik, sülh və rifahı təşviq edir.
Azərbaycanın ABŞ ilə diplomatik münasibətlərinin və Azərbaycanın Sovet İttifaqından ayrılmasının 30-cu ildönümünü qeyd etdiyimiz bir vaxtda Cənubi Qafqazda müstəqillik və demokratiyanın ABŞ-dan böyük tərəfdarı yoxdur.
“Azərbaycanın dostu kimi Birləşmiş Ştatlar sülhün tapılmasına və bütün regionun çiçəklənməsinə kömək etmək üçün iqtisadi, nəqliyyat və insanlar arasında əlaqələrin qurulmasına kömək etməyə hazırdır.”
Səfir Litzenberqer
Əsas Tarixlər Və Hadisələr
Prezident Corc Buş Azərbaycanın müstəqilliyini tanıdığını elan etdi

30 il əvvəl, 25 dekabr 1991-ci ildə Prezident Corc Buş ABŞ xalqına bayram müraciətində Sovet İttifaqının dağılmasından sonra ABŞ-ın Azərbaycanın müstəqilliyini tanıdığını elan etdi.
First Joint Economic Partnership Committee meeting

2007-ci il fevralın 7-də ABŞ və Azərbaycan İqtisadi Tərəfdaşlıq Komitəsinin ilk iclasını keçirdi.
Secretary of State Baker visited Azerbaijan

1992-ci ilin fevralın 12-də ABŞ Dövlət Katibi Beyker Azərbaycana səfər edib. O, Azərbaycan rəsmiləri ilə görüşüb və diplomatik əlaqələrin qurulmasının perspektivlərini müzakirə edib.
ABŞ-ın Azərbaycandakı səfirləri
U.S. Ambassadors (1992-2022)
Nümayəndə | Tarixdən | Tarixinədək | Vəzifə | Təyin edən |
---|---|---|---|---|
Robert Finn | 16 mart, 1992 | 15 sentyabr, 1992 | Müvəqqəti işlər vəkili | Corc Buş |
Riçard Maylz | 16 sentyabr, 1992 | 5 noyabr, 1993 | Səfir | Corc Buş |
Rişard Kazlariç | 20 aprel, 1994 | 20 iyul, 1997 | Səfir | Bil Klinton |
Stenli Eskudero | 4 dekabr, 1997 | 1 oktyabr, 2000 | Səfir | Bil Klinton |
Ross Uilson | 11 Oktyabr, 2000 | 24 aprel, 2003 | Səfir | Bil Klinton |
Reno Harniş | 1 Dekabr, 2003 | 24 aprel, 2006 | Səfir | Corc Buş |
Enn Dörsi | İyul, 2006 | 4 iyul, 2009 | Səfir | Corc Buş |
Donald Lu | 4 İyul, 2009 | iyul 2010 | Müvəqqəti işlər vəkili | Barak Obama |
Metyu Brayza | 10 yanvar, 2011 | 5 yanvar, 2012 | Səfir | Barak Obama |
Riçard Morninqstar | 20 iyul, 2012 | iyun, 2015 | Səfir | Barak Obama |
Robert Sekuta | 19 fevral, 2015 | 31 mart, 2018 | Səfir | Barak Obama |
Uilyam Gill | 1 aprel, 2018 | 11 mart, 2019 | Müvəqqəti işlər vəkili | Donald Tramp |
Örl (Li) Litzenberqer | 12 mart, 2019 | carı | Səfir | Donald Tramp |
ABŞ-a rəsmi səfərlər
Azərbaycan prezidentinin ABŞ-a səfəri
Prezident | Tarix | Səfər növü |
---|---|---|
Prezident Heydər Əliyev | 25-30 sentyabr 1994 | işgüzar səfər |
Prezident Heydər Əliyev | 20-26 oktyabr 1995 | işgüzar səfər |
Prezident Heydər Əliyev | 27 İyul – 6 Avqust 1997 | rəsmi səfər |
Prezident Heydər Əliyev | 22-27 Aprel 1999 | işgüzar səfər |
Prezident Heydər Əliyev | 12-18 Fevral 2000 | işgüzar səfər |
Prezident Heydər Əliyev | 4-9 Sentyabr 2000 | işgüzar səfər |
Prezident Heydər Əliyev | 1-13 Aprel 2001 | işgüzar səfər |
Prezident İlham Əliyev | 14-23 Fevral 2003 | rəsmi səfər |
Prezident İlham Əliyev | 25-28 Aprel 2006 | rəsmi səfər |
Prezident İlham Əliyev | 24 Sentyabr 2010 | işgüzar səfər |
Prezident İlham Əliyev | 2-4 May 2012 | işgüzar səfər |
Prezident İlham Əliyev | 20-21 May 2012 | işgüzar səfər |
Prezident İlham Əliyev | 1 aprel, 2016 | rəsmi səfər |
Prezident İlham Əliyev | 19 sentyabr, 2017 | rəsmi səfər |