ABŞ Avadanlığının Fövqəladə Hallar Nazirliyinə Təqdim Edilməsi
ABŞ-in Avropa Komandanlığının Strategiya, Planlaşdırma və İmkanlar üzrə Direktorunun Müavini Briqada Generalı Voqan martın 15-də Azərbaycanın fövqaladə hallar nazırı general polkovnik Kamalləddin Heydərov ilə xidməti avadanlığın Azərbaycan hökumətinə verilməsi tədbirində iştirak etmişdir. Sözügedən avadanlığın, habelə fövqaladə vəziyyətə cavab tədbirləri üçün materiaların və təqdim olunan aidiyəti təlimin ümumi dəyəri 4 milyon ABŞ dollarıdır. Avadanlıq Azərbaycanın fövqaladə hallar sahəsində çalışan insanlara fövqaladə vəziyyətlərin yarada biləcəyi fəsadları azaldmağa yardım edəcək.
ABŞ-nin Müdafiə Departamenti bütün dünyada fövqaladə hallara cavab imkanlarının və xidmətlərin gücləndirilməsinə töhfə vermək məqsədilə öz tərəfdaşları dəstəkləməyi davam edir. ABŞ-nin Avropa Komandanlığı 2021-ci ildən bəri Azərbaycan hökumətinin həm humanitar məqsədlərə xidmət edən səylərinin, həmdə fövqaladə vəziyyətdə əlaqələndirilmiş mülki cavab təbdirlərinin genişləndirilməsi üçün öz töhfəsini vermişdi.