Dövlət Departamentinin Əfqan Muxtarlının Qaçırılması və Həbsinə dair bəyanatı

Birləşmiş Ştatlar mayın 30-da azərbaycanlı jurnalist Əfqan Muxtarlının Tbilisidə qaçırılaraq, daha sonra Azərbaycanda həbs edilməsini dərin narahatlıq hissi ilə qarşılayır. Biz həmçinin mayın 25-də Azerbaycanda Xalq Cəbhəsi partiyasının sədr müavini Gözəl Bayramlının da həbsinə görə narahatıq.

Biz Azərbaycan hökümətini ATƏT də daxil olmaqla beynəlxalq təşkilatlar qarşısındakı öhdəliklərə sadiq qalmağa və fundamental azadlıqlarını icra etdiklərinə görə həbs olunanları azadlığa buraxmağa çağırırıq.

Biz Gürcüstanda sözügedən insan qaçirilması ilə bağlı aparılan istintaqı yaxından izləyirik və bu istintaqın tam, şəffaf və vaxtında aparılmasına çağırırıq.