Dövlət Departamentinin Londonda baş vermiş hücumlara dair bəyanatı

Amerika Birləşmiş Ştatları bu axşam Londonda günahsız insanları hədəf alan qorxaq hücumları pisləyir. Biz anlayırıq ki, Birləşmiş Krallıq polisi bu hücumlara terror hadisələri kimi yanaşır. Amerika Birləşmiş Ştatları Birləşmiş Krallıq rəsmilərinin bu məsələdə dəstək göstərmək barədə xahişini yerinə yetirməyə hazırdır.

Ürəklərimiz hücum qurbanlarının ailələrinin və sevdiklərinin yanındadır. Biz bu hücumlarda yaralananların tam və tez bir zamanda sağalmalarını arzulayırıq. Bütün amerikalılar Birləşmiş Krallıq xalqı ilə həmrəydir