Dövlət katibi Antoni J. Blinken bu gün Azərbaycan Prezidenti Əliyevlə danışıb. Katib həftə sonu Bakıda baş vermiş faciəli qaz partlayışına görə başsağlığı verib. Dövlət katibi Kremlin Ukraynada törətdiyi dəhşətli hərbi cinayətləri pisləyib və ABŞ və tərəfdaşlarının Ukraynaya qarşı səbəbsiz və əsassız müharibəyə görə Rusiya Federasiyasını və onun tərəfdarlarını məsuliyyətə cəlb etmək öhdəliyini davam etdirdiyini vurğulayıb. Dövlət katibi təmkinli olmağa, gərginliyi azaltmağa və yenilənmiş diplomatiyaya çağırıb. O, Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına, o cümlədən Prezident Əliyev və Ermənistanın Baş Naziri Paşinyanın aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Mişellə planlaşdırılan görüşünə dəstəyini ifadə edib. O, ABŞ-nin tərəflərə uzunmüddətli hərtərəfli sülhün tapılmasına kömək etmək üçün həm ikitərəfli, həm həmfikir tərəfdaşlarla birgə, həm də ATƏT-in Minsk Qrupunun həmsədri kimi yardıma hazır olduğunu bir daha təkrar etdi.