Dövlət katibi Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevlə telefonda danışıb
Bu gün dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə danışıb. Dövlət katibi və Prezident Əliyev Azərbaycan və Ermənistanın regionda sülhə nail olmaq istiqamətində əldə etdikləri tarixi fürsəti müzakirə ediblər. Dövlət katibi ABŞ-ın regional nəqliyyat və kommunikasiya əlaqələrinin bərpasına yardım etmək təklifini yenidən vurğulayıb. Dövlət katibi Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Tbilisidə keçirilən son görüş kimi ikitərəfli dialoqu davam etdirmək səylərini təşviq edib. Dövlət katibi həmçinin, Aİ-nin vasitəçiliyi ilə keçirilən məhsuldar müzakirələrə öz dəstəyini bir daha təsdiqləyib. O, ABŞ-ın 1994-cü ildən ATƏT-in Minsk Qrupunun həmsədri olduğunu vurğulayıb və Azərbaycan və Ermənistan arasında uzun-müddətli sülhə nail olmaq üçün ikitərəfli şəkildə həm də həmfikir tərəfdaşlarla əməkdaşlıq edərək, çalışmağa hazır olduğunu bildirib. Bundan əlavə, dövlət katibi Blinken Prezident Əliyevi yerdə qalan digər erməni məhbuslarını azad etməyə çağırıb.