Flag

An official website of the United States government

Dövlət katibi Blinkenin Rusiya Xarici işlər naziri Lavrovla zəngi
təfərindən
3 Qısa icmal
Fevral 16, 2022

 

Dövlət katibi Antoni J. Blinken bu gün Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla danışıb. Dövlət katibi ABŞ-nin Moskvanın yaratdığı böhranın diplomatik yolla həllinə çalışmaq öhdəliyini təkrarladı. O bildirib ki, Birləşmiş Ştatlar Rusiyanın ABŞ və NATO-nun keçən ay müttəfiqlərimiz və tərəfdaşlarımızla koordinasiyada Avropa təhlükəsizliyi ilə bağlı müzakirə üçün konkret sahələr təklif edən sənədlərinə yazılı cavabını gözləyir. O, Xarici işlər nazirinin cavabın yaxın günlərdə veriləcəyi ilə bağlı bəyanatını qeyd edib. Dövlət katibi Blinken Rusiyanın istənilən an Ukraynaya təcavüz etmək iqtidarında olması ilə bağlı davam edən narahatlığımızı yenidən vurğuladı və yoxlanıla bilən, etibarlı, mənalı deeskalasiyanı görməyin vacibliyini vurğuladı. O vurğulayıb ki, Rusiyanın Ukraynaya qarşı növbəti təcavüzü sürətli, sərt və vahid Transatlantik reaksiya ilə nəticələnsə də, biz diplomatik yola sadiqik və böhranın sülh yolu ilə həlli üçün pəncərənin qaldığına inanırıq.