Flag

An official website of the United States government

Dövlət Katibi Blinkenin Rusiyanın Xarici İşlər Naziri Lavrov ilə Keçirdiyi Danışıqlar
təfərindən
3 Qısa icmal
Fevral 2, 2022

 

Bu gün ABŞ-ın Dövlət Katibi Entoni Blinken ABŞ-ın Rusiyanın təhlükəsizlik təkliflərinə yazılı cavabını izləmək məqsədilə Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov ilə telefon danışığı keçirib.

Dövlət Katibi Blinken ABŞ-ın ikitərəfli qaydada, habelə müttəfiqlər və tərəfdaşlarla birlikdə əlaqələndirilmış şəkildə çalışaraq qarşılıqlı təhlükəsizlik məsələri ilə bağlı Rusiya ilə əsaslı mübadiləni davam etdirmək istəyini vurğulayıb. O daha sonra ABŞ-ın Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə, eləcə də bütün ölkələrin öz xarici siyasətini və müttəfiqliklərini müəyyən etmək hüququna sadiqliyini bir daha vurğulayıb. Dövlət katibi Rusiyanı təcili olaraq gərginliyi azaltmağa və qoşun və texnikanı Ukrayna sərhədlərindən çıxarmağa çağırıb. O, Ukraynaya gələcək işğalın tez və ağır nəticələri ilə üzləşəcəyini vurğulayıb və Rusiyanı diplomatik yol tutmağa çağırıb.