Beynəlxalq Cəsarətli Qadınlar Mükafatçısı Şəhla Hümbətovanın Fəaliyyətinə Xitam Verilməsi
İnsan haqları üzrə vəkil Şəhla Hümbətovanın Beynəlxalq Qadınlar Günü ərəfəsində fəaliyyətinə xitam verilməsi haqda qərar məni narahat etmişdi. Bu qərar Şəhla Hümbətovaya ABŞ-ın Dövlət Departamentinın İllik Beynəlxalq Cəsarətli Qadınlar mükafatının təqdim olunanmasından bir il sonra verilmişdir. Hesab edirik ki, Şəhla Hümbətovanın, habelə Azərbaycanda fəaliyyət göstərən digər insan haqları müdafiəçilərinin fəaliyyəti cəzalandırılmamalı, əksinə alqışlanmalıdır. Biz məsul qurumları Şəhla Hümbətovanın Vəkillər Kollegiyasında üzvlüyünü bərpa etməyə çağırırıq.
Birləşmiş Ştatlar dünyada insan hüquqlarına hörmətın gücləndirilməsi, hüquq müdafiəçilərinin işinin alqışlanması və insan hüquqlarını pozanların məsuliyyətə çəlb olunması sahəsində göstərilən səylərə sadiqdir. İnsan hüquqları və əsas azadlıqların qörunmasıda daxil olmaqla Azərbaycanda sistemli islahatlar istiqamətində atılan addımları təşviq edirik. Azərbaycan xalqına fayda verən bu sahələr həmdə dövlətlərimiz arasında olan əməkdaşlığın dərinləşməsi üçün imkanlar yaradacaq.
Mart 26, 2022