Flag

An official website of the United States government

Dövlət Katibi köməkçisinin birinci müavini Derek Hoqan ATƏT-in Minsk Qrupunun həmsədrlərilə görüşüb
təfərindən
3 Qısa icmal
Sentyabr 29, 2021

 

Avropa və Avrasiya Məsələləri üzrə Dövlət Katibi köməkçisinin birinci müavini Derek Hoqan və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Amanda Slout sentyabrın 27-də ATƏT-in Minsk Qrupunun həmsədrləri Stefani Viskonti (Fransa), Endryu Şofer (ABŞ), İqor Xovayev (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşüblər. Həmsədrlər, ötən həftə BMT Baş Assambleyası çərçivəsində keçirilən Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin 2020-ci ilin noyabrından bəri ilk birgə iclasının uğurla təşkil edilməsini müzakirə etdilər. Həmçinin, 27 sentyabrda Dağlıq Qarabağ münaqişəsinin yenidən şiddətlənmiş hərbi əməliyyatların başlamasının ildönümü olduğunu qeyd etdilər və hər iki tərəfdən həyatını itirənlərin ailələrinə başsağlığı verdilər. Onlar vurğuladılar ki, yalnız bütün həll edilməmiş məsələləri əhatə edən hərtərəfli həll iki ölkə arasında münasibətləri normallaşdıra və region xalqlarının sülh şəraitində birgə yaşayışına imkan yarada bilər.

Dövlət Katibi köməkçisinin birinci müavini Hoqan və baş direktor Slout bölgədə təhlükəsizliyə, sabitliyə və firavanlığa töhfə verməyə yönəlmiş birbaşa dialoq yolu ilə sülh prosesinə yenidən qayıtmaqla bağlı həmsədrlərin səylərini, eləcə də Ermənistan və Azərbaycanın əzmini alqışladılar. ABŞ, Ermənistan və Azərbaycana Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ya münaqişənin səbəb olduğu bütün həll olunmamış məsələləri, o cümlədən saxlanılanlar, itkin düşənlər və ərazilərin minalardan təmizlənməsi prosesində həmsədr ölkələri ilə əməkdaşlığı davam etdirməyə sadiqliyini ifadə etdi.