Flag

An official website of the United States government

Amerika Məkanları (Amerika Mərkəzləri)
Geniş mövzu və sahələr üzrə cəlbedici proqramlar və məşğələlər

Ümumi məlumat

Amerika Məkanları dünya üzrə yerli auditoriya və Birləşmiş Ştatlar arasında həm üz-üzə, həm də virtual qarşılıqlı əlaqəni genişləndirən təhsil və tədris üçün açıq məkanlardır. 600-dən çox Amerika Məkanları 140-dan çox ölkədə universitetlər, ticarət mərkəzləri, kitabxanalar və digər ictimai yerlərdə, habelə səfirlik binalarında yerləşir.

Amerika-sayağı mühitə malik olan Amerika Məkanları pulsuz internetdən obyektiv xəbər nəşrlərinə, qabaqcıl texnologiyadan mədəniyyətdə ifadə azadlığına dair proqramlar daxil olmaqla geniş mövzular və sahələr üzrə cəlbedici proqramlar və məşğələlər təqdim edir. İstifadəçilərimizin yararlana biləcək müxtəlif xidmətlərimiz aşağıdakılardır:

        • – ABŞ-da təhsil almaq istəyənlər üçün təhsil məsləhətləri
        • Karyera bacarıqlarından tutmuş ingilis dilini öyrənməyə qədər bir sıra mövzularda seminarlar – Yeni texnologiyalar, 21-ci əsrin rəqəmsal bacarıqları və akademik resursları təqdim edən dərslər və kursları – Sahibkarlıq, liderlik, cari hadisələr, beynəlxalq münasibətlər və digər mövzularda filmlər, müzakirələr və mühazirələr. Daha ətraflı məlumat üçün aşağıdakı Amerika Mərkəzlərinin birinə baş çəkin!”