İcma Quruculuğu Təşəbbüsləri Proqramı

Maliyyələşmə imkanının adı:                         İcma Quruculuğu Təşəbbüsləri Proqramı
Ərizələrin təqdim edilməsinin son tarixi:   15 may 2022-ci il
Mövcud ümumi məbləğ:                               $185,000 ABŞ dolları

 

  1. PROQRAMIN TƏSVİRİ

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi yerli icmaların öz problemlərini müəyyən edib həll etmək imkanlarını artıran və vətəndaş iştirakını sövq edəcək icma quruculuğu üçün təşəbbüslərə dəstək proqramına sənəd qəbulunu elan edir.  Proqram həmçinin Azərbaycanda firavanlıq və rifahın yaxşılaşdırılması məqsədilə yeni fərdi təşəbbüsləri də dəstəkləyəcək. Müsabiqədə yerli problemləri ünvanlaya biləcək və həlli üçün əməkdaşlıq edəcək dinamik icmaların yaranmasına yardım edəcək innovativ icma quruculuğu təşəbbüslərinə dair təfərrüatlı təkliflər iştirak edə bilər.  İcma Quruculuğu Təşəbbüsləri Proqramı aşağıdakı mövzuları əhatə edəcək:

  • Yerli icmalara öz problemlərini müəyyən etməkdə və həmin problemləri könüllülük və/və ya icma qrupları, assosiyasiyalar, könüllü qrupları, QHT-lər ilə birgə həll yollarını tapmaq üçün yardım etmək. Seçilmiş layihələrin müvəffəqiyyəti layihə proqramlarına əsasən yeni yaradılmış icma qruplarının kəmiyyəti və keyfiyyəti və onların həyata keçirdiyi təşəbbüslərlə ölçüləcək.
  • Məhdud imkanlı əhali qruplarının inkişafı, onlara hüquqi yardımın göstərilməsi və onların problemlərinə diqqət çəkmək üçün müvəkillik layihələri. Layihələrin uğuru hüquqi yardım almış insanların sayı və onların problemlərinin həlli nəticələri ilə ölçüləcək. Təqdim olunan layihələr yardım almış insanların razılıq səviyyəsinin ölçülməsi və eyni zamanda layihələrin maliyyəsi bitdikdən sonra davamlılıq planı (məsələn müstəqil iş üçün layihə iştirakçılarının potensialının artırılması) daxil etməlidir.
  • Ətraf mühit problemləri haqda məlumatlılıq və/və ya onların ünvanlanması üçün icmaların imkanlarının artırılması. Bu sahədə təqdim olunan layihələr ictimai müvəkilik kampaniyalarını və icma layihələrini özündə daxil edir.  Seçilmiş layihələrin uğuru cəlb olunan iştirakçıların və həll olunmuş problemlərin sayı, eyni zamanda proqramın icma və ya layihə əsasən daha geniş coğrafi məkanda göstərdiyi nəticələrlə ölçüləcək. 

 

İştirakçılar və auditoriya:

Potensial layihələr üçün nəzərdə tutulan hədəf qruplarına məcburi köçkünlər daxil olmaqla məhdud imkanlı icmalar, qadın və qızlar, əlilliyi olan şəxslər və gənclər daxildir.

 

  1. FEDERAL MALİYYƏ VƏSAİTİNƏ DAİR MƏLUMAT

İcra müddətinin uzunluğu: ən çoxu 24 ay

Təqdim olunan maliyyə vəsaitlərinin sayı: mövcud pul vəsaitlərinə görə orta hesabla 5-6 qədər maliyyə vəsaiti

Vəsaitin məbləği: vəsaitlər minimum 10,000 ABŞ dollarından maksimum 50,000 ABŞ dollarına qədər dəyişə bilər.

Maliyyələşmə növü: FY 21/22 AEECA maliyyəsi

Proqramın nəzərdə tutulan başlanğıc tarixi: İyul 2022

 

Bu bildiriş maliyyələşmənin mövcud olduğuna əsaslanır.

 

Maliyyələşmə vasitəsinin növü: Maliyyə vəsaiti

 

Proqramın icra dövrü: Təklif olunan proqramlar 24 ay və ya daha az müddətdə tamamlanmalıdır.

 

  1. İŞTİRAK SƏLAHİYYƏTİNƏ DAİR MƏLUMAT

 

Sənədlər müvafiq təcrübəyə malik olan Azərbaycan qurumları tərəfindən təqdim olunur. Bu təcrübə təklifdə sənədlərlə sübut edilməlidir. İştirak səlahiyyəti olan şəxslər aşağıdakılardır: qeyri-hökümət təşkilatları (QHT) və assosiyasiyaları, icma əsaslı təşkilatlar (İƏT) və fərdi vətəndaşlar. Maliyyə və proqram tələblərinin şərtlərinə əməl etməmiş əvvəlki federal maliyyə vəsaiti alıcıları müraciət edə bilməzlər. Ərizəçi bütün tətbiq olunan şərtlərə, tələblərə və İdarəetmə və Büdcə Ofisinin təlimat və tələblərinə əməl etmək məsuliyyəti daşıyır. Qeyri-uyğunluğa yol verdikləri aşkar edilən təşkilatlar, maliyyələşdirilmə üçün seçildikləri təqdirdə, maliyyələşdirilmə üçün müvafiq hesab edilməyə və ya yüksək riskli təşkilatlar hesab edilə bilərlər.

 

  1. Xərclərin bölüşdürülməsi və ya uyğunlaşdırma

 

Xərclərin bölüşdürülməsi məcburi olmasa da, ərizəçilərdən təklif olunan layihə büdcəsinə öz töhfələrini daxil etmələri xahiş olunur, bu töhfə qeyri-nağd pul şəklində ola bilər (avadanlıq, işçi qüvvəsi, proqram materialları və s.).

 

  1. İştirak səlahiyyəti ilə bağlı digər tələblər

 

Maliyyə vəsaiti almaq hüququ qazanmaq üçün bütün təşkilatlar www.SAM.gov vebsaytı vasitəsilə əldə olunan Unikal Müəssisə İdentifikatoruna, eləcə də www.SAM.gov saytında hüquqi qüvvəyə malik qeydiyyata malik olmalıdırlar. Lütfən, bu qeydiyyatı necə əldə etməyə dair məlumat üçün D.3 Bölməsinə baxın. Fərdi şəxslərdən Unikal Müəssisə İdentifikatoruna malik olmaq və ya SAM.gov-da qeydiyyatdan keçmək tələb olunmur.

 

 

  1. ƏRİZƏ VƏ MƏLUMATIN TƏQDİM EDİLMƏSİ

 

  1. Sorğu Ərizəsi Paketinə baxın

 

Aşağıda tələb olunan ərizə formalarını səfirliyə müraciət etdikdə əldə etmək olar. Bunun üçün BakuPASPrograms@state.gov elektron ünvanına müraciət edə bilərsiniz. Məktubda fərd və ya təşkilat qismində müraciət etdiyinizi qeyd edin.

 

  1. Ərizənin Məzmunu və Təqdim edilməsi Forması

Aşağıdakı bütün təlimatları diqqətlə oxuyun. Bu elanın tələblərinə cavab verməyən və ya göstərilən tələblərə uyğun gəlməyən təkliflər qəbul edilməyəcək.

 

Ərizənin məzmunu

Lütfən, aşağıdakıları təmin edin:

  • Təklif bu maliyyələşmə imkanının məqsəd və vəzifələrini aydın şəkildə göstərməlidir cavab verməlidir
  • Bütün sənədlər ingilis dilində təqdim edilməlidir.
  • Bütün büdcələr ABŞ dollarındadır
  • Bütün səhifələr nömrələnməlidir və
  • Bütün Microsoft Word sənədləri vahidara məsafəsinə malik olmalı, ən azı 1 düyüm kənarla 12 şriftdə Times New Roman-da çap edilməlidir.

 

Doldurulmuş ərizələr BakuPASPrograms@state.gov elektron ünvanına göndərməyiniz xahiş olunur.  Ərizəni göndərməmişdən əvvəl bütün sənədləri göndərəcəyiniz elektron məktuba yükləyin, məktubun başlığına adınızı, soyadınızı və müraciət etdiyiniz proqramın adını qeyd edin. Ərizələr 15 may 2022-cı il tarixinə qədər, saat 17:00-dək (Bakı vaxtı ilə) təqdim edilə bilər.  İcma Quruculuğu Təşəbbüsləri Proqramının qalibləri 2020 il, iyunun 15-i tarixindən sonra elan ediləcək.

 

Aşağıdakı sənədlər tələb olunur:

  1. Mütləq ərizə forması (BakuPASPrograms@state.gov elektron ünvanına müraciət etməklə əldə edə bilərsiniz)
  • SF-424 (Federal Yardım üçün ərizə – təşkilatlar) və ya SF-424-I (Federal Yardım üçün Ərizə – fərdlər)
  • SF424A (Qeyri-tikinti proqramları üçün büdcə məlumatları)
  • SF424B (Qeyri-tikinti şirkətləri üçün təminatlar)

 

  1. Xülasə səhifəsi: Ərizəçinin adını və təşkilatını, təklif tarixini, proqramın başlığını, təklif olunan başlanğıc və bitmə tarixinin proqram dövrünü və proqramın qısa məqsədini göstərən məlumat vərəqəsi.

 

  1. Təklif (maksimum 4 səhifə): Təklifdə kifayət qədər məlumat verilməlidir ki, onunla tanış olmayan istənilən şəxs ərizəçinin nə etmək istədiyini başa düşə bilsin. Öz təklif formatınızdan istifadə edə bilərsiniz, lakin ona aşağıdakı bütün maddələr daxil edilməlidir.

 

  • Təklifin xülasəsi: Proqramın məqsədləri və gözlənilən təsir daxil olmaqla, təklif olunan proqramı əks etdirən qısa məlumat.
  • Təşkilat və ya fərdi müraciət barədə məlumat: Proqramı həyata keçirmək qabiliyyətini göstərən keçmiş və indiki əməliyyatlar haqqında təsvir, o cümlədən ABŞ səfirliyinin və / və ya ABŞ hökumətinin bütün əvvəlki maliyyə vəsaitlərinə dair məlumat.
  • Problemin göstərilməsi: Aaradan qaldırılacaq problemə dair aydın, qısa və yaxşı əsaslandırılmış məlumat və təklif olunan proqramın nə üçün lazım olduğuna dair məlumat.
  •  Proqramın məram və məqsədləri: “Məqsədlər” proqramın nəyə nail olmaq üçün nəzərdə tutulduğunu təsvir edir. “Məqsədlər” hissəsi məqsədlərə nail olmaq üçün ara nəticələrə istinad edir. Bunlar əlçatan və ölçüləbilən olmalıdır.
  • Proqramın fəaliyyətləri: Proqramın fəaliyyətlərini və məqsədlərə nail olmaq üçün necə kömək edəcəklərini təsvir edin.
  • Proqramın metodları və dizaynı: Proqramın göstərilən problemi həll etmək və məqsədə nail olmaq üçün necə tətbiq ediləcəyinin təsviri.
  • Təklif olunan proqram cədvəli və vaxt müddəti: Proqram fəaliyyətinin təklif olunan müddətləri. Planlaşdırılmış fəaliyyətlərin və hadisələrin tarixlərini, vaxtlarını və yerlərini daxil edin.
  • Əsas Personal: Proqramda iştirak edən əsas personalın adları, vəzifələri, rolları və təcrübəsi/ixtisasları. Onların vaxtının hansı hissəsi bu proqramın dəstəklənməsi üçün istifadə olunacaq?
  • Proqram tərəfdaşları: Əsas tərəfdaş təşkilatların və sub-podratçıların adlarını  və cəlbedilmə növünü qeyd edin.
  • Proqram Monitorinqi və Qiymətləndirmə Planı: Bu, uğurlu layihələrin vacib hissəsidir. Layihə dövründə fəaliyyətlərin vaxtında baş verməsini təmin etmək üçün fəaliyyətlərin necə izlənəcəyi və proqramın maliyyə vəsaitinin məqsədlərinə çatdığına əmin olmaq üçün necə qiymətləndiriləcək?
  • Gələcək Maliyyələşmə və ya Davamlılıq: Ərizəçinin proqramı maliyyə vəsaiti dövründən kənar davam etdirməsi planı və ya mövcud olduqda, digər resursların mövcudluğu.

 

  1. Büdcənin əsaslandırılmasına dair məlumat: SF-424A Büdcəsini (yuxarıda) doldurduqdan sonra hər bir büdcə xərcini ətraflı şəkildə təsvir etmək üçün ayrı-ayrı kağız blankından istifadə edin. Daha ətraflı məlumat üçün “Digər məlumatlara” dair H Bölməsinə baxın: Büdcə Təqdimatlarına dair təlimat.

 

  1. Qoşmalar:
  • 1 səhifəli CV və ya proqram üçün təklif olunan əsas personalın CV-ləri
  • Proqram tərəfdaşlarından hər tərəfdaşın rolları və məsuliyyətlərini təsvir edən məktublar
  • Təşkilatınız NICRA-a (Dolayı Xərclər Tarifinə dair Razılaşma) malikdirsə və büdcəyə NICRA xərcləri daxil edilərsə, sizin son NICRA-nız PDF faylı kimi daxil edilməlidir.
  • Proqramın fəaliyyəti üçün tələb olunduğu təqdirdə, rəsmi icazə məktubları

 

  1. 3. Unikal Müəssisə İdentifikatoru və Vəsaitin İdarə edilməsi Sistemində (SAM.gov) (Qeyd: Bu bölüm məcburidir və şərti deyildir, yalnız fərdlər üçün elan olunan NOFO-lar istisnadır)

 

  1. Tələb olunan qeydiyyatlar:

 

Maliyyə üçün müraciət edən bütün təşkilatlar (fərdlər istisna olmaqla) bu qeydiyyatı əldə etməlidirlər. Hamısı pulsuzdur:

  • UEI qeydiyyatı keçmək istəyənlər daxil olacaqlar SAM.gov
  • NCAGE/CAGE kodu

Vəsaitin İdarə edilməsi Sistemində (SAM) istisna edilmiş hər hansı namizəd  12549 İcra Sənədlərini həyata keçirən 2 CFR  180-də OMB məlumatlarına uyğun olaraq yardım mükafatı üçün müraciət etmək hüququna malik deyil (3 CFR, 1986 Comp., səh. 189) və 12689 (3 CFR, 1989 Comp., səh. 235), “Debarment and Supension.”

Unikal Müəssisə İdentifikatoru (UEI) bütün Federal mükafatlar üçün 109-282 İctimai Qanun, Federal Maliyyələşdirmə Hesabatlılığı və Şəffaflıq Aktı (FFATA) ilə mandatlaşdırılan məlumat elementlərindən biridir. SAM.gov FFATA hesabat tələblərinə riayət etmək üçün Federal hökumətin əsas məlumat bazasıdır. OMB, SAM.gov-u bütün federal maliyyə yardımı haqqında məlumatları birləşdirən vahid ictimai vebsaytdan ərizəçi və alıcının istifadəsini asanlaşdırmaq üçün mərkəzi repozitor kimi təyin etdi. Qanuna əsasən, SAM.gov saytında qeydiyyatdan keçmək məcburidir.

 

2022-ci ilin aprel ayından etibarən təşkilat www.SAM.gov ünvanında SAM.gov saytında qeydiyyatdan keçdikdə və ya qeydiyyatını yenilədikdə UEI təyin ediləcək. SAM.gov-a daxil olmaq üçün təşkilatdan Login.gov hesabı olmalıdır. Təşkilat https://login.gov/  ünvanında hesab yarada bilər. Xatırladaq ki, təşkilatlar sam.gov qeydiyyatını hər il yeniləməlidir.

 

Xarici təşkilatlar: SAM.gov-da qeydiyyatdan keçməzdən əvvəl NCAGE kodu üçün müraciət etməlidirlər. NCAGE koduna müraciət etmək üçün https://eportal.nspa.nato.int/AC135Public/CageTool/home ünvanına keçin. NCAGE kodları hər 5 ildən bir yenilənməlidir.

 

Onların CAGE/və ya NCAGE kodlarının aktiv olub olmadığını yoxlamaq təşkilatın maraqlarına uyğundur. Təşkilatlardan www.sam.gov saytında qeydiyyatdan keçmədən və ya yeniləmədən əvvəl CAGE və ya NCAGE kodlarını qeydiyyatdan keçirməli/yaxud yeniləməlidir. Həm CAGE, həm də NCAGE üçün həm qeydiyyat, həm də yeniləmələr 10 günə qədər çəkə bilər. Təşkilatın NCAGE/CAGE-dəki hüquqi ünvanı www.sam.gov.

 

www.sam.gov  bütün qurumlardan SAM.gov-da aktiv qeydiyyat statusunu saxlamaq üçün ildə bir dəfə qeydiyyatını yeniləməyi tələb edir. Ərizəçinin SAM.gov-da aktiv qeydiyyatının olmasını təmin etmək onun məsuliyyətidir.

 

Əgər təşkilat sub-müqavilə və ya sub-mükafat verməyi planlaşdırırsa, həmin sub-mükafat alanların da unikal qurum identifikatoru (UEI nömrəsi) olmalıdır. Həmin qurumlar yalnız SAM.gov saytında UEI üçün qeydiyyatdan keçə bilər.

 

Əgər təşkilatın ərizə təqdim etməzdən əvvəl SAM.gov-da aktiv qeydiyyatı yoxdursa, ərizə qeyri-məqbul sayılacaq. Qrantlar üçün müraciət edən bütün təşkilatlar (fiziki şəxslər istisna olmaqla) bu qeydiyyatları almalıdırlar, sonuncular pulsuzdur.

 

Qeyd: 2022-ci ilin aprelindən etibarən DUNS nömrəsi artıq tələb olunmur.

 

  1.     Təqdimetmə tarixləri və vaxtları

 

Ərizələr 15 may 2022-ci il tarixinədək təqdim edilməlidir.

 

 

  1. Təqdimetmə ilə bağlı digər tələblər

 

Bütün ərizə materialları e-poçt vasitəsilə təqdim edilməlidir: BakuPASPrograms@state.gov

 

  1. ƏRİZƏYƏ BAXILMASINA DAİR MƏLUMAT

 

Meyarlar

 

Hər bir ərizə aşağıda göstərilən qiymətləndirmə meyarlarına əsasən qiymətləndiriləcəkdir.

 

Proqramın keyfiyyəti və həyata keçirilməsi mümkünlüyü – 20 bal:  Proqramın məqsədi onun yaxşı işlənib hazırlanmasından və proqramın fəaliyyətinin necə aparılacağı barədə ətraflı məlumatın verilməsindən ibarətdir. Təklifə məqbul icra vaxtı daxildir.

Təşkilatın potensial və resursları, və əvvəlki maliyyə vəsaitinə dair qeydlər – 20 bal: Təşkilat öz fəaliyyət sahəsində təcrübəyə malikdir və federal vəsaitləri idarə etmək üçün daxili nəzarətə malikdir. Buraya, maliyyənin idarəetmə sistemi və bank hesabı daxildir.

Proqramın planlaşdırılması/Məqsədlərə nail olmaq bacarığı – 15 bal: Məqsəd və vəzifələr aydın şəkildə göstərilir və proqram yanaşması ehtimal edilir ki təklif olunan nəticələrə nail olmaq üçün maksimum təsir göstərə bilər.

Büdcə – 10 bal: Büdcənin əsaslandırılması ətraflı şəkildə verilir. Xərclər təklif olunan fəaliyyətlərə və gözlənilən nəticələrə görə məqbuldur. Büdcə təklif olunan fəaliyyətlərə nail olmaq üçün bütün zəruri xərcləri nəzərə alaraq, realdır.

Monitorinq və qiymətləndirmə planı – 15 bal: Bu layihə büdcəsinin məcburi hissəsidir. Ərizəçi əsas göstəricilərlə müqayisədə proqramın uğurunun ölçülməsini nümayiş etdirir və təklifdə göstərilən məqsədlərə doğru irəliləyişləri göstərmək üçün mərhələlər təqdim edir. Proqram məlumat və nəticə göstəricilərini əhatə edir və göstərilənlərin necə və nə vaxt ölçüləcəyini göstərir. Qeyd: CBI-nin bütün finalçıları səfirliyin əməkdaşları ilə konkret layihənin monitorinqi və qiymətləndirilməsi planının hazırlanması və həyata keçirilməsi üzərində işləməlidirlər.  Büdcə xərclərinizi hesablayarkən, bütün büdcənizin 5% – dən çox olmayan monitorinq və qiymətləndirmə fəaliyyəti üçün xərcləri bölüşdürməlisiniz.

Davamlılıq – 10 bal: Proqramın fəaliyyətləri proqramın bitməsindən sonra müsbət təsir göstərməyə davam edəcəkdir.

Bərabərliyə və diqqətdən kənar icmalara dəstək – 10 bal: Təkliflər proqramın bərabərliyi necə dəstəkləyəcəyini və inkişaf etdirəcəyini və proqramın idarə edilməsi, dizaynı və həyata keçirilməsinə diqqətdən kənar qalan icmaları necə cəlb edəcəyini aydın şəkildə nümayiş etdirməlidir.

  1. FEDERAL MÜKAFAT İDARƏSİ HAQQINDA MƏLUMAT

Resipient yalnız Qrantlar üzrə məsul şəxs tərəfindən imzalanmış maliyyə mükafatı sənədində göstərilən başlanğıc tarixindən başlayaraq proqram xərclərini çəkməyə başlaya bilər.

Əgər təklif maliyyələşdirmə üçün seçilərsə, Dövlət Departamentinin gələcəkdə hər hansı əlavə maliyyə təmin etmək öhdəliyi yoxdur. Maliyyələşdirməni artırmaq və ya icra müddətini uzatmaq üçün mükafatın yenilənməsi Dövlət Departamentinin ixtiyarındadır.

Bu NOFO-nun verilməsi ABŞ hökuməti tərəfindən mükafat öhdəliyi təşkil etmir və ABŞ hökumətini təkliflərin hazırlanması və təqdim edilməsi zamanı çəkilən xərcləri ödəməyi öhdəsinə götürmür. Bundan əlavə, ABŞ hökuməti alınan hər hansı və ya bütün təklifləri rədd etmək hüququnu özündə saxlayır.

  1. FEDERAL MALİYYƏ VƏSAİTİ AGENTLİYİNİN ƏLAQƏ MƏLUMATLARI

Maliyyə vəsaiti üçün müraciət ilə bağlı hər hansı bir sualınız olarsa, lütfən, əlaqə saxlayın: BakuPASPrograms@state.gov

 

  1. DİGƏR MƏLUMATLAR

Büdcənin əsaslandırılmasına dair göstərişlər

 

Personal üçün və əlavə güzəştlər: Proqramda ərizəçi üçün birbaşa işləyəcək müvəqqəti və ya daimi personalın əmək haqqı, məvacibi və güzəştlərini və proqrama sərf edəcəkləri vaxtın faizini göstərin.

Ezamiyyə: Bu proqram üçün və məsləhətçilər və ya məruzəçilər və iştirakçılar/benefisiarlar üçün ezamiyyə xərclərini və gündəlik ödənişi qiymətləndirin. Proqrama beynəlxalq ezamiyyə daxildirsə, bu ezamiyyə üzrə əsaslandırılmanı qısaca təqdim edin.

Avadanlıq: Proqram üçün tələb olunan və bir ildən artıq istifadə müddətinə (yaxud  proqramın müddətindən daha uzun istifadə müddətinə) malik hər hansı qurğunu, mebeli və ya digər şəxsi əmlakı və hər vahid üçün ən azı 5,000 ABŞ dolları həcmində xərci göstərin.

Təchizat malları: Proqram üçün lazım olan hər hansı kompüter cihazı da daxil olmaqla bütün əşya və materialları sadalayın və təsvir edin. Əşya hər vahid üçün 5,000 ABŞ dollarından daha artıq olarsa, onu Avadanlıq büdcəsinə daxil edin.

Müqavilə üzrə: Ərizəçinin satıcı ilə müqavilə başlamaqla əldə etməyi planlaşdırdığı mal və xidmətləri təsvir edin. Proqram fəaliyyətlərini həyata keçirməkdə kömək edəcək qeyri-kommersiya tərəfdaşlarına ödəniləcək sub-maliyyəni də təsvir edin.

Digər birbaşa xərclər: Digər kateqoriyalara uyğun olmayan və proqramla birbaşa əlaqəli olan digər xərcləri təsvir edin. Məsələn, materiallar və avadanlıqların tədarük xərcləri və ya tətbiqi edilən  vergilər. Bütün “Digər” və ya “Əlavə” xərclər göstərilməli və izah edilməlidir.

Dolayı Xərclər: Bunlar təşkilatın fəaliyyətini davam etdirməsinə kömək etmək üçün lazım olan əlavə xərclər kimi birbaşa proqram fəaliyyəti ilə əlaqələndirilməsi mümkün olmayan xərclərdir. Təşkilatınızın Razılaşdırılan Dolayı Xərc Tarifinə (NICRA) malik olarsa və büdcəyə NICRA xərclərini daxil edərsə, son NICRA xərclərinizin surətini əlavə edin. Heç vaxt NICRA-ya malik olmayan təşkilatlar,  2 CFR 200.68-də müəyyən edildiyi kimi dəyişiklik edilmiş ümumi birbaşa xərclərin 10% -nin dolayı xərclərini tələb edə bilərlər.

“Xərclərin bölüşdürülməsi” təşkilatın və ya ABŞ səfirliyindən başqa digər qurumların ödənişlərinə aiddir. Buraya həmçinin, könüllülərin sərf etdikləri vaxt və fəaliyyət göstərmək üçün təmənnasız verilən sahələr kimi qeyri-nağd ödənişlər daxildir.

Alkoqollu içkilər: Zəhmət olmasa, nəzərə alın ki, maliyyə vəsaiti spirtli içkilər üçün istifadə oluna bilməz.