Səfirin müavini Maykl Dikerson

  1. Səfir Li Litzenberqer
  2. Səfirin müavini Maykl Dikerson
  3. Şöbələr & Bürolar

Maykl Dikerson Dövlət Departamentinə 2002-ci ildə qoşulmuşdur. Hal-hazırki vəzifəsindən əvvəl o, Moskvada İdarəetmə (Menecment) üzrə məmur vəzifəsində çalışmışdır. Bundan əvvəl 2013-2015-ci illər ərzində Bakı şəhərində İdarəetmə (Menecment) üzrə məmur vəzifəsində çalışmış, bu müddət ərzində tez-tez səfir müavini vəzifəsini müvəqqəti icra etmişdir. Fəaliyyət göstərdiyi digər nümayəndəliklər arasında Tbilisi, Vilnus və Budapeşt vardır. Tbilisidə fəaliyyət göstərən zaman Maykl Dikerson ABŞ prezidentinin Qafqaza ilk səfərinin təşkil olunmasına vasitəçilik etmişdir. O həmçinin Vaşinqtonda Dövlət Departamentində Adi Silah Təhdidlərinin Azaldılması İdarəsində çalışarkən Texnoloji Mübadilə üzrə İşçi Qrupunun sədri olmuşdur.

Cənab Dikerson Vircinia Texniki Universitetini Mühəndislik üzrə bakalavr dərəcəsi ilə, Hərbi-Dəniz Kollecini Milli Təhlükəsizlik üzrə magistr dərəcəsi ilə bitirmişdir. Evlidir, 2 qızı var.